Accessibility links

2014-cü ildə Böyük Səkkizliyin fəaliyyəti Rusiyanın rəhbərliyi altında davam edəcək


2014-cü ildə Böyük Səkkizliyin fəaliyyəti Rusiyanın rəhbərliyi altında davam edəcək. Terrorizm və radikal islamla mübarizə gündəlikdə yer alan əsəs məsələlər olaraq qalacaq.

Qurum üçün 2014-cü ilin şüarı isə “Təklükəsiz dünyada sabitliyin artımı üçün risklərə rəhbərlik”dir.

Bu münasibətlə yaradılan xüsusi veb səhifəsində Rusiya prezidentinin bəyanatı da dərc edilib. Rusiyanın dövlət başçısının prioritet kimi irəli sürdüyü məsələlər arasında narkoticarət, ekstremizmlə mübarizə, regional münaqişələrin həlli, təbii və texnogen fəlakətlərlə bağlı qlobal idarəçilk sisteminin təsisi yer alır.

Ekspertlər hesab edir ki, Böyük Səkkizliyin gündəliyinə ABŞ və NATO qüvvələrinin çıxarılmasından sonra Mərkəzi Asiya ölkələrindəki vəziyyət daxil edilməlidir.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Kanada, Rusiyavə Avropa İttifaqının nümayəndə heyətlərinin iştirakı ilə qurumun 40-cı yubiley sammiti bu il Soçidə keçirilməlidir.
XS
SM
MD
LG