Accessibility links

Rusiya generalı MH17 reysli təyyarənin vurulmasında "maraqlı şəxs" bilinir


Nüfuzlu beynəlxalq təhqiqat qrupu Rusiya generalını 2014-cü ildə şərqi Ukrayna səmalarında mülki təyyarənin vurulmasında “maraq doğuran şəxs” qismində müəyyən edib.

Mürəkkəb rəqəmsal texnologiyalardan istifadə etməklə audio və vizual məlumatı təhlil edən Bellingcat təhqiqatçı qrupu kommunikasiyalarda “Delfin” ləğəbi ilə təqdim olunan adamın istefaya çıxmış General-Polkovnik Nikolay Tkaçov olduğunu bildirən hesabatla çıxış edib.

“Delfin” ləğəbi ilə təqdim olunan adamın istefaya çıxmış General-Polkovnik Nikolay Tkaçov olduğu müəyyən edilib.

Tkaçov hazırda Rusiya Mərkəzi Hərbi Dairəsinin baş inspektoru vəzifəsində çalışır.

Hollandiyada qərargahlanan JIT başlıqlı qrup Malayziya Hava Yollarının MH17 nömrəli reysinin vurulması haqda tapıntılarını 2016-cı ilin sentyabrında dərc etmişdi. Açıqlanan hesabatda Delfin və Orion psevdonimləri altında çıxış edən iki adamın beş söhbəti nəzərdən keçirilmişdi.

JIT həmin bu şəxslər haqda əlavə məlumat axtarır, hərçədn ki, onların avialaynerin vurulmasındakı rolu bəlli deyil.

JIT bildirib ki, o Bellngcat qrupunun açıqladığı hesabatı qeydə alıb, lakin əlavə şərh verməkdən çəkinib.

Təyyarənin vurulduöu yerdə Rusiyapərəst silahlı separatçı müxbirləri ərazidən kənarlaşdırır. Qrabovo kəndinin yaxınlığı, Donetsk regionu, Ukrayna. 21 iyul, 2014.
Təyyarənin vurulduöu yerdə Rusiyapərəst silahlı separatçı müxbirləri ərazidən kənarlaşdırır. Qrabovo kəndinin yaxınlığı, Donetsk regionu, Ukrayna. 21 iyul, 2014.

Hollandıya rəsmiləri deyir ki, 2014-cü ildə Rusiyanın dəstəklədiyi üsyançılar və Ukrayna qüvvələri arasında döyüşlərin getdiyi şərqi Ukrayna üzərindən uçan Malayziya Hava yollarına məxsus təyyarəni Rusiyada istehsal olunmuş raket vurub. Nəticədə 17 saylı reysin 298 nəfərdən ibarət sərnişin və ekipaj üzvünün hamısı həlak olub.

Malayziya höküməti bu hadisəni törədənlərin məsuliyyətə cəlb olunmalı olduğunu deyib və onlara qarşı ən sərt təbdirlərin görülməsinə çağırıb.

XS
SM
MD
LG