Accessibility links

Rusiyada homoseksualların hüquqlarının məhdudlaşdırılmasının qınanılmasına çağırılır


Human rights activist Peter Tatchell (L) protests against Russia's anti-gay stance outside Downing Street, central London February 5, 2014. The protest was held as part of Global Speakout for Russia, which is taking place in more than 30 cities across the
Human rights activist Peter Tatchell (L) protests against Russia's anti-gay stance outside Downing Street, central London February 5, 2014. The protest was held as part of Global Speakout for Russia, which is taking place in more than 30 cities across the

Rysiyada homoseksualların hüquqları beynəlxalq narazılıqların mövzusu olub. Bu yaxınlarda yayılan videolarda skinhedlərin geylərə hücum etdiyi nümayiş etdirilib. Bu videolar dünyanın bir çox bölgəsində etirazlara səbəb olub.

Tənqidçilər Soçı Qış Olimpiya Oyunlarının korporativ sponsorlarını Rusiyada homoseksualların hüquqlarının məhdudlaşdırılmasının qınanılmasına çağırır.

Ötən həftə Soçi şəhərinin meri Anatoli Paxomov Soçidə geylərin yaşamadığını bildirib.
Lakin Rusiyada himoseksualların bağlı qapılar arxasında fəallaşdığı gözdən yayınır.

Soçinin iki gey barından biri Mayakda qadın paltarı geymiş kişilər görünməyə başlayıb.

Mayakın sahibi Andrey Teniçev Soçidə skinhedlərin geylərə qarşı hər hansısa hücumuna şahid olmadığını deyir. Qara dəniz sahilində yerləşən bu şəhərə Rusiyanın Mayamsi deyilir. O deyir ki, insanları daha çox ailələrinin nə dediyi maraqlanıdır.

Andrey bu yaxınlarda gey parad keçirilməsi təklifinə belə maraq göstərilmədiyni bildirib.

Amerikalı Hudzon Teylor deyir ki, idmançılar qaliblərin podiumunda bu məsələni qaldırmayacaq. Hetereseksual Teylor idmanda homofobiyaya yol verilməməsi uğrunda mübarizə aparan İdmançı Birliyinin rəhbəridir. O deyir ki, idmançıların çoxu hay-küy yaranacağından ehtiyat edirdi. Onlar bunun oyunlarına, vətənlərini necə təmsil etmələrinə neqativ təsirindən qorxurdu.

Soçi Olimpiadasının açılışından bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Soçinin qapılarının geylərə açıq olduğunu deyib, lakin onları uşaqlardan uzaq durmağa səsləyib.

Lakin buna baxmayaraq, Rusiyada homoseksuallıq ictimaiyyətin gözündən uzaq saxlanacaq.
XS
SM
MD
LG