Accessibility links

Rusiya "Google"u 98 milyon dollar cərimələyib


Dekabrın 24-də Moskvada məhkəməsi Google-un tabe olduğu Alphabet şirkətini 98 milyon dollar (7,2 milyard rubl) cərimələyib. Buna səbəb isə Google-un dəfələrlə Rusiynın qeyri-qanuni hesab etdiyi kontenti silməkdən imtina etməsidir. Bu, Rusiyada illik gəlirə əsasən hesablanan ilk cərimədir.

Rusiya prezidenti Vladimir Putin sosial media platformalarını və digər texnologiya nəhənglərini ölkənin internet qanunlarını pozmaqda ittiham edir. Üstəlik xarici şirkətlərə Rusiyada ofislər açmaq və rusların şəxsi məlumatlarını ölkə ərazisində saxlamağa məcbur etmək üçün təzyiq götərir.

Bir çox tənqidçi bu addımı Rusiya hakimiyyətinin internetə daha sərt nəzarət etmək və müxalif səsləri yatırtmaq cəhdi kimi qiymətləndirir.

Bundan əvvəl sosial media şirkətləri platformalarından kontentlər silmədiklərinə görə yüz milyonlarla rubl cərimələnib.

Lakin bununla belə Meta, Twitter, Google və digər xarici texnologiya nəhənglərinin cərimələri milyardlar, deyil milyonlarla rubl dəyərində olub.

İnterfaks xəbər agentliyi bildirib ki, cərimə Google-un illik qazancı əsasında hesablanıb.

Google məhkəmə sənədlərini nəzərdən keçirəcəyini və bundan sonra növbəti addımlar barədə qərar verəcəyini bildirir.

XS
SM
MD
LG