Accessibility links

Rusiya hökuməti istefa verdi


Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev hökumətin istefa verdiyini açıqlayıb.

Baş nazirin sözlərinə görə, bu qərar Vladimir Putinin yanvarın 15-də Məclisdəki çıxışı zamanı Konstitusiya dəyişikliklər təklif etməsi ilə verilib.

"Bu dəyişikliklər qəbul olunduqda yalnız Konstitusiyanın bir sıra maddələrinə deyil, bütövlükdə güc balansında da əhəmiyyətli dəyişikliklər olacaq. Ölkəmizin Prezidentinin lazımi qərarlar qəbul etməsinə imkan yaratmalıyıq. Bu şərtlərdə mən inanıram ki, Rusiya Federasiyasının Konstitusiyanın 117-ci maddəsinə uyğun olaraq hazırkı hökumətin istefası düzgüna addımdır" - Medvedev bildirib.

İnterfaks agentliyinin verdiyi məlumata görə, Putin istefaya gedən hökumətə yeni hökumət qurulana qədər vəzifəsini yerinə yetirməyi tapşırıb. İstefadan sonra Prezidentin Medvedevə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini təklif edəcəyi bildirilir.

Dmitri Medvedev 2012-ci ildən Rusiya Federasiyası hökumətinə rəhbərlik edir. 2008-ci ildən 2012-ci ilə qədər Rusiya Prezidenti vəzifəsini icra edib. Bundan əlavə, 2012-ci ildən etibarən Medvedev "Vahid Rusiya" partiyasına rəhbərlik edir.

XS
SM
MD
LG