Accessibility links

Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib


Rusiya hərbi gəmiləri sentyabrın 18-də Bakıya gəlmişdi.

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 20-də məlumat yayıb.

Məlumata görə, Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri Bakı limanını tərk ediblər.

Rusiya hərbi gəmiləri sentyabrın 18-də Bakıya gəlmişdi.

Bakıda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında görüş də keçirilib: "Azərbaycan hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərinin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan HDQ ilə Rusiya Xəzər Flotiliyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub".

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG