Accessibility links

Rusiya hökuməti silah alverçisinin mühakiməsinə etiraz edir


Rusiya hökuməti silah alverçisinin mühakiməsinə etiraz edir
Rusiya hökuməti silah alverçisinin mühakiməsinə etiraz edir

Rusiya xarici işlər nazirliyi rus silah alverçisi Viktor Butun mühakiməsinin ədalətliliyini sual altına alıb O, dünən Kolumbiya qiyamçılarına amerikalılara qarşı istifadə emək üçün silah satmaqda günahkar bilinib.

But Tailandda həbs olunmuş və mühakimə üçün ABŞ-a təhvil verilmişdi.

Rusiya xarici işlər nazirliyi deyib ki, ABŞ hökumətinin təzyiqləri məhkəmədə bütün faktların nəzərə alınmasını əngəlləyib. Nazirlik həmçinin iddia edib ki, But çox sərt həbsxana şəraitində saxlanılıb.

But özlərini kolumbiyalı qiyamçılar kimi qələmə verən amerikalı agentlərə silah satarkən yaxalanıb.

XS
SM
MD
LG