Accessibility links

Rusiya İŞİD-in Suriyada girovları edam etdiyini iddia edir


Rusiya prezidenti Valdimir Putin
Rusiya prezidenti Valdimir Putin

Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin İslam Dövləti qrupunun Suriyada ABŞ və Avropa vətəndaşları daxil olmaqla yüzlərlə girovları edam etməyə başladıqlarına dair iddialarını inkar edir.

Putin bu iddiaları cümə axşamı Qara Dənizin sahilində yerləşən Soçi şəhərində Valdai forumunda irəli sürüb və deyib ki, İŞİD ABŞ-ın dəstəklədiyi qüvvələrin nəzarət etdiyi ərazidəki Deir Əl-Zur vilayəti yaxınlığında didərgin düşmüş insanların düşərgəsindən 700 nəfəri oğurlayıb, onlardan 10-nu edam edib.

“Onlar ultimatum verib, xüsusi tələblər irəli sürüb və xəbərdarlıq edib ki, əgər bu tələblər qarşılanmasa, onlar hər gün 10 insanı edam edəcək”, Putin söyləyib, amma tələblərin nə olduğunu deməyib. “Srağagün onlar 10 nəfəri öldürüb”, o əlavə edib.

ABŞ rəsmiləri cümə axşamı bildirib ki, düşərgəyə hücum olsa da, Rusiyanın TASS xəbər agentliyinin hesabatında da yer alan Rusiya prezidentinin digər iddiaları əsassızdır.

“Biz bu iddiaların doğruluğuna skeptik yanaşırıq” – deyə, Pentaqonun sözçüsü komandir Şon Robertson Amerikanın Səsinə verdiyi bəyanatda bildirib.

“Bizdə prezident Putinin bəhs etdiyi kimi çox sayda girovun olduğunu dəstəkləyəcək məlumat yoxdur. Biz həmçinin həmin düşərgədə hər hansı ABŞ vətəndaşının olduğundan da xəbərdar deyilik”, Robertson əlavə edib.

Pentaqon həmçinin Rusiyanın ABŞ və koalisiya müttəfiqlərinin İŞİD-dən gələn təhlükənin qarşısını ala bilmədiklərinə dair ittihamlarını rədd edib.

XS
SM
MD
LG