Accessibility links

Rusiya, İran və Türkiyə Suriyanın İdlib bölgəsini müzakirə edəcəklər


Kreml sözçüsü Yuri Uşakov cümə günü deyib ki, Rusiya, Türkiyə və İran liderləri gələn həftə Ankarada görüşərək, Suriyanın İdlib vilayətindəki mürəkkəb vəziyyəti müzakirə edəcəklər.

Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və İran prezidenti Həsən Ruhani bazar ertəsi Ankarada bir araya gələcək.

Vətəndaş müharibəsində Rusiya və İran Əsəd hökumətini dəstəkləyib.


Uşakov onu da əlavə edib ki, Rusiya İrandan ABŞ-ın tərk etdiyi nüvə anlaşmasınn qorunub saxlanmasına xələl gətirəcək hansısa addım atmamağı xahiş edib.

Suriyada vətəndaş müharibəsi başanandan bəri bu dövlətin gələcəyi ilə bağlı fərqli baxışlara malik qonşu dövlətlərin maraqları toqquşur.

Prezident Bəşar əl-Əsəd hakimiyyətinə qarşı çıxan qüvvələri müdafiə etmiş Türkiyə Əsədə qahmar çıxan Rusiya və İranla ortaq məxrəcə gəlməyə çalışır.

Suriyanın bir çox şəhərlərini viran qoymuş vətəndaş müharibəsi ölkədən milyonlarla adamın qaçmasına bais olub.
Suriyanın bir çox şəhərlərini viran qoymuş vətəndaş müharibəsi ölkədən milyonlarla adamın qaçmasına bais olub.

Ötən aylarda xarici qüvvələrin yardımı sayəsində Əsəd hökuməti üsyançılar üzərində qələbələr çalaraq ölkənin əhəmiyyətli kəsiminə nəzarəti bərpa edib.

Vətəndaş müharibəsi nəticəsində Suriyada on minlərlə adam həlak olmuş, milyonlarla insan evlərindən didərgin düşmüşdür.

XS
SM
MD
LG