Accessibility links

Rusiyanın idxal planı problemlərlə üzləşir [Video]


Rusiyanın idxal planı problemlərlə üzləşir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Rusiyanın idxal planı problemlərlə üzləşir

Rusiya höküməti xarici malları yerli istehsal olunmuş mallarla əvəz etməyə çalışır

Rusiya idxalların əvəz olunmasına təbliğ edir. Bu, xarici malları yerli istehsal olunmuş mallarla əvəz etmək məqsədi daşıyır. Plan Moskvanın Ukraynada təcavüzündən sonra Rusiyaya tətbiq olunan sanksiyalara cavab olaraq atılan addımır. Çin kimi bəzi ölkələr isə bu qadağadan faydalanacaqlarına ümid edirlər. Amma idxal olunan texnologiyanı Rusiya texnologiyası ilə əvəz etmək uzunmüddətli problemlər yaradır.

Əminəm ki, yaxın gələcəkdə bizim iş yerimizdəki əsas istiqamət idxalların əvəz olunması deyil, kənd təsərrüfatının inkişaf və ixrac olunması olacaq
Aleksandr Sirotkin

Baş nazir Dmitriy Medvedev Rusiya sənayesinin idxal mallarının yerini doldurmasını istəyir.

Amma gözəgəlimli görüntülərə baxmayaraq, iqtisadiyyatının tənəzzül yaşadığı bir dövrdə Rusiya üçün bazar payını və subsidiyaları artırmaq çətindir.

“Biz yenicə məqsədyönlü siyasət başlatmışıq və hazırda böyük nəticələr haqda danışmaq üçün çox tezdir," deyə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.

Rusiya məhsullarının bəzilərinin keyfiyyətinin aşağı olması da bir əngəldir.

Medvedev dövlətin xarici tibbi cihazları maliyyələşdirmək təklifini rədd edib.

Rusiya şirkəti olan Şvabe yeni texnologiya inkişaf etdirmək üçün Avropada sertifikatlaşdırıldığını və Britaniyalı həmkarının olduğunu bildirir.

Rusiya supermarketində İdxal olunmuş məhsullar
Rusiya supermarketində İdxal olunmuş məhsullar

“Biz onlarla 15 il öncə tanış olmuşuq və birlikdə bir məhsul inkişaf etdirmişik. O zaman sanskiya və ya idxalların əvəz olunması barədə heç bir söz yox idi,” deyə şirkətin direktoru İvan Ojgixin bildirib.

Rusiya rəsmiləri deyir ki, Qərb ərzaqlarına qarşı qadağa ölkənin idxallardan asılılığını yavaş-yavaş aradan qaldırır.

“Əminəm ki, yaxın gələcəkdə bizim iş yerimizdəki əsas istiqamət idxalların əvəz olunması deyil, kənd təsərrüfatının inkişaf və ixrac olunması olacaq,” deyə Kənd Təsərrüfatı Nazirliyindən Aleksandr Sirotkin bildirib.

Amma tənəzzüldə olan iqtisadiyyatla birgə bu qadağanın təbiq edilməsi daha çox aşağı keyfiyyətli ərzaq malların istehlak olunacağı deməkdir.

Biz yenicə məqsədyönlü siyasət başlatmışıq və hazırda böyük nəticələr haqda danışmaq üçün çox tezdir
Arkadi Dvorkoviç

Eyni zamanda Çin kimi qadağanın tətbiq olunmadığı ölkələr Rusiya bazarına açılmaq istəyirlər.

“Əslində bu çox yaxşı fürsətdir. Çin və Rusiya bu yaxınlarda Avrasiya İqtisadi Birliyi ilə “Bir Kəmər, Bir Yol” adlı birgə bəyannamə imzalayıblar. Bundan əlavə bu addım bütövlükdə iki ölkə arasında strateji və əməkdaşlıq münasibətlərinə təsir edəcək,” deyə Şanxi əyalətinin Kommersiya Departamnetinin icraçı direktoru Sun Yuecinq bildirib.

Rusiya sənayelərini inkişaf etdirməyə çalışsa da, hazırkı mühitdə bu istiqamət irəliləyişlərinin çox gec əldə olunacağı gözlənilir.

XS
SM
MD
LG