Accessibility links

Rusiyada ərzaq sanksiyaları - Narahatlıqlar və ümidlər [Video]


Rusiyada ərzaq sanksiyaları - Narahatlıqlar və ümidlər
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Rusiyanın ən böyük ət məhsulları istehlakçısı Çerkizovo Qrupu Moskva bölgəsini gündə 4500 ton toyuq əti ilə təmin edir.

Yerli istehsalın artımı Rusiyanın ət və kənd təsərrüfatı malları idxalından asılılığı azaldıb.

Ancaq ölkə sakinlərini Kremlin qərb ərzaq mallarının idxalına qadağasının qiymətləri artırcağı narahat edir.

Yelena: Əlbəttə, mən çox narahatam. Əğər Rusiyada istehsal olunan ərzaq mallarının qiyməti artsa, bu mənə təsir edəcək. Ancaq indi Rusiyanın mallarının qiyməti Qərbdən gətirilənlərlə rəqabət aparmaq məcburiyyətindədir.

Rusiya rəsmiləri bildirib ki, idxala qadağa ərzaq malları ehtiyatı və ya qiymətlərinə kəskin təsir göstərməyəcək. Onlar Asia və Latın Amerikasının Qərbi əvəzləyəvəyini gözləyir.

Rusiya Birləşmiş Ştatların ən böyük donmuş toyuq məhsulları alan müştərisidir. Bu mallara qadağa qoyulması Çerkizovo kimi şirkətlərə bazarda böyüməyə imkan yaradacaq.

Şirkətin sözçüsü Yuri Çerçenko deyir ki, onlar tezliklə məhsullarını iki qat artıracaq və ABŞ istehsalçılarını əvəzləməyə hazır olacaq.

Yuri Çerçenko: Mən idxala sanksiyalar tətbiq edilməsi bizim üçün yaxşıdır. Bu, Rusiyanın öz kənd təsərrüfatını inkişaf etdirməsi üçün bir təkandır.

Onlar Qərb ərzaq mallarına qadağadan bəhrələnən yeganə Rusiya istehsalçısı deyil.

Süd məhsulları şirkəti Mosmedinin rəsmiləri deyir ki, onların mozzarella pendiri Avropanınkından daha yaxşıdır, çünki onlar malları müştərilərə daha təzə çatdırırlar.

Direktor müavini Sergey Rezunenko deyir ki, onların mallarına tələbat artıb. Ancaq o eyni zamanda Rusiyanın qərb idxalına qadağasına qarşı çıxır.

Sergey Rezunenko: Dünya dəyərlərini nəzərə alsaq biz çəpər çəkərək özümüzü dünyadan ayırmamalıyıq. Çünki biz süd məhsullarımızı İsveç avadanlığı ilə istehsal edirik. Əgər İsveçlərə burda yer verilməsəydi, bizim bu zavodumuz və avadanlığımız olmazdı.

Ukrayna ilə bağlı sanksiyalar Rusiya və Qərb arasında ticarət müharibəsinə səbəb ola bilər. Kreml Qərb sanksiyalarına qarşı Dünya Ticarət Təşkilatında məhkəmə işi qaldıracağı ilə təhdid edir.

Maraqlısı isə bundadır ki, 2012-ci ildə Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü Rusiya ilə Amerika arasında ABŞ-dan alınan toyuq məhsullarına qadağanın qaldırılmasına dair əldə edilən razılıqdan sonra ABŞ-ın dəstəyini qazanmışdı.

XS
SM
MD
LG