Accessibility links

Rusiya iki ABŞ qanunvericisinə viza verməyib


Senator Kris Mörfi
Senator Kris Mörfi

ABŞ-ın respublikaçı və demokrat senatorları bildirib ki, Rusiya onların gələn həftə Moskvaya səfəri üçün viza tələbini rədd edib.

Demokrat senator Kris Mörfi çərşənbə axşamı deyib ki, Rusiya ona viza verməyib. Respublikaçı senator Ron Conson da bazar ertəsi viza tələbinin rədd edildiyini bildirib.

Prezident Donlad Tramp ötən həftə bildirib ki, Rusiyanın G-7 qrupuna geri dönməsi uyğun olardı. O müxbirlərə deyib ki, sabiq demokrat prezident Barak Obama Rusiyanın qrupdan çıxarılmasını istəyirdi, amma o, Rusiyanı daxil etməyin “daha uyğun” olduğunu düşünür.

Digər G-7 ölkələri buna etiraz edib.

Senator Ron Conson
Senator Ron Conson

Mörfi və Conson Senatın Xarici Əlaqələr Komitəsinin üzvləridir və sanksiyaları dəstəkləyiblər. Başqa bir respublikaçı senator Mayk Liyə isə viza verilib. Onun sözçüsü Linin Moskvaya səfər etməyi planlaşdırdığını bildirib.

Rusiyanın Vaşinqtondakı səfirliyi məsələ ilə bağlı şərh verməyib. Lakin Twitter hesabında Consonun viza üçün səfirliyə müraciət etmədiyini bildirib. Həmin tvitdə səfirlik həmçinin Consonu “rusofob” adlandırıb və onun Rusiya parlamentinin üzvləri ilə birbaşa dialoqu bərpa etmək istəyini lağa qoyub.

ABŞ qanunvericilərinin viza almaması nadir rast gəlinən hal olsa da, Rusiya son illərdə bir neçə dəfə ABŞ qanunvericilərinə, xüsusilə də Moskvanın Ukraynaya təcavüzü və ABŞ seçkilərinə müdaxiləsi səbəbilə Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağıran qanunvericilərə viza veməyib.

İsrail də bu ay iki demokrat qanunvericini, ABŞ Konqresinə seçilən ilk iki müsəlman qadın nümayəndələr olan Rəşidə Tlaib və İlham Öməri ölkəyə buraxmayıb.

Bundan əlavə, iki yüksək səviyyəli demokrat senator çərşənbə günü bildirib ki, onlar Trampa məktub yazaraq, Rusiyanın G-7 qrupuna daxil edilməsinin əleyhinə olduqlarını ifadə edib və buna səbəb olaraq Rusiyanın Krımı ilhaq etməsini göstərib.

Məktubu senatorlar Çak Şumer, Cek Rid, Bob Menendez və Mark Uarner imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG