Accessibility links

Rusiya ilə Çin təbii qaz sazişinə imza atdı


Çin dövlət mediasının məluamtına görə, Pekin və Moskva çoxdan gözlənilən multi-milyard dollarlıq təbii qaz sazişi barədə razılığa gəlib.

Qazpromla Çinin Milli Petrol Şirkəti arasında razılıq barədə ətraflı məlumat verilməyib.

Rəsmi Sinxua xəbər agentliyi bildirir ki, saziş Rusiya prezidenti Vladimir Putinin regional foruma qatıldığı Şanxay şəhərində imzalanıb.

Cənab Putin dünən Çinin prezidenti Xi Cinpinqlə görüşsə də, rəsmilər qiymət məsələsində fikir ayrılığının olduğunu bildirirdi.

10 ilə yaxındır üzərində çalışılan sazişə görə növbəti 30 il ərzində Çin Rusiyadan təbii qaz alacaq.

Təhlilçilər təxmin edirlər ki, ABŞ-ın Avropadakı müttəfiqlərinin tətbiq etdiyi sanksiyalara görə, Rusiya qazını Avropadan kənar bir regiona satmağa çalışır.
XS
SM
MD
LG