Accessibility links

Rusiya ilə Türkiyənin əldə etdiyi razılıq İdlibdə faciənin qarşını alıb


Rusiya ilə Türkiyənin əldə etdiyi razılıq İdlibdə faciənin qarşını alıb
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Birləşmiş Ştatlar İraq və Suriyada İslam Dövləti qrupunu məğlub etməyə yaxın olduğunu bildirir, lakin rəsmilərin yaxın gələcəkdə ABŞ qoşunlarını bu ölkələrdən geri çəkməyə dair planları yoxdur. Ordu sözçüsü çərşənbə axşamı bildirib ki, ABŞ-ın missiyası terrorizm və münaqişənin viran etdiyi ərazilərdə sülhü təmin etməkdir. Bu açıqlama Rusiya və Türkiyə hökümət qüvvələri ilə Suriyanın İdlib vilayətindəki üsyançılar arasında buffer zonası yaratmaqla bağlı razılıq əldə etməsindən sonraya təsadüf edib.

İndi ki, belə bir razılıq var, siyasi prosesi sürətli bir şəkildə irəlilətməmək üçün heç bir səbəb yoxdur
Staffan de Mistura

Suriya hökümətinin Rusiyanın dəstəyi ilə yeddi il davam edən müharibədə itirdiyi ərazilərin nəzarətini geri almaq üçün apardığı hərbi kampaniyadan sonra İdlib Suriya müxalifətinin son istehkamı olaraq qalır. Hələb və üsyançıların nəzarət etdiyi digər ərazilərə hücumlar Suriyadakı humanitar böhranı dərinləşdirib. İdlibdə isə daha da pis fəlakətin baş verəcəyi təxmin edilir.

Birləşmiş Millət Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi sülh zəmanətçiləri olaraq Rusiya ilə Türkiyə arasında əldə olunan razılığı alqışlayıb.

“İndi ki, belə bir razılıq var, siyasi prosesi sürətli bir şəkildə irəlilətməmək üçün heç bir səbəb yoxdur” - deyə, Staffan de Mistura bildirib.

Rusiyanın BMT-dəki nümayəndəsi isə onunla razılaşmır.

“Staffana demək lazımdır ki, zəmanətçilərə təzyiq göstərmək üçün Təhlükəsizlik Şurasından istifadə etməyə dəyməz. Onlar siyasi proses üçün bu palatadakı hər kəsdən daha çox iş görür. Siz prosesə başçlıq etməli deyil, onu asanlaşdırmalısınız”, Vasili Nebenzya deyib.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

ABŞ nümayəndəsi Rusiyanın Suriyadakı müharibəyə dinc həll yolu tapmaqda maraqlı olub-olmadığını sual edib.

“Əgər Rusiya Suriyada sülhü bərpa etmək istəyirsə, İran və onun yarı-hərbi qüvvələrinin Suriyanı həmişəlik tərk etmələrini təmin etməlidir. Onların gedişi ilə regionda daha geniş münaqişənin baş vermə riski də yox olacaq”, Ceyms Ceffri bildirib.

Hər kəsi maraqlandıran sual isə hazırkı razılığın nə qədər davam edəcəyidir.

“Bu, edam hökmünün icrasının təxirə salınmasıdır, yoxsa hökmün ləğv olma prosesinin başlanğıcıdır?” - deyə, Mark Loukok sual edib.

Birləşmiş Ştatların Suriyanın şimal-şərqində yerləşən Mənbic ərazisində təxminən 2 min qoşunu var. Ordu sözçüsü deyib ki, Birləşmiş Ştatlar orada üç rola sahibdir.

Biz Suriya və regionu İŞİD-dən təmizləmək üçün möhtəşəm işlər görmüşük və həmin işi başa çatdıramağa çox yaxınıq. Daha sonra isə biz ondan sonra nə edəcəyimizə qərar verəcəyik
Donald Tramp

“İŞİD-i məhv etmək, yerli qoşunlara təlim keçmək ki, onlar nəzarəti ələ alsınlar. Bundan sonra isə ümid edirik ki, Cenevrə prosesi başlayar. Mən bilirəm ki, münaqişədəki tərəflər sentyabrın 14-də Cenevrədə görüş keçirib. Mən görüşün detallarını bilmirəm, amma hazırda gördüyümüz iş ona əsaslanır”, Şon Rayan söyləyib.

Çərşənbə axşamı müxbirlərin önündə çıxış edən ABŞ prezidenti ABŞ-ın Suriyadakı rolu il bağlı bunları deyib:

“Biz Suriya və regionu İŞİD-dən təmizləmək üçün möhtəşəm işlər görmüşük və həmin işi başa çatdıramağa çox yaxınıq. Daha sonra isə biz ondan sonra nə edəcəyimizə qərar verəcəyik”.

Bu arada isə belə görünür ki, Suriyada yeddi ildir davam edən müharibəyə həll yolu tapmaq çox çətindir.

XS
SM
MD
LG