Accessibility links

Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi aparılır


Polis maşınları Moskvada Lefortovo həbsxanasını tərk edən iki avtobusu müşaiyət edir.
Polis maşınları Moskvada Lefortovo həbsxanasını tərk edən iki avtobusu müşaiyət edir.

Rusiya ilə Urayna arasında böyük məhbus mübadiləsi aparılır. Bir çox mənbə Moskvanın Lefortovo Həbsxanasından məhbusların transfer olunduğunu, habel' şənbə səhər Moskvanın Vnukovo hava limanına Ukraynanın dövlət nişanlı təyyarəsinin gəldiyi barədə məlumat verir.

Mübadilə olunan məhbusların dəqiq sayı və siyahısı ictimaiyyətə açıqlanmasa da, hər iki ölkənin lideri yaxın günlərdə böyük məhbus mübadiləsinin baş verəcəyini söyləyib.

"Biz mübadilə ilə bağlı danışıqlarımızı yekunlaşdıracağıq və mən bu mübadilənin geniş-miqyaslı olacağını düşünürəm", Rusiya prezidenti Vladimir putin Vladivostok şəhərində iqtisadi forumda çıxış edərkən bildirib.

Biz mübadilə ilə bağlı danışıqlarımızı yekunlaşdıracağıq və mən bu mübadilənin geniş-miqyaslı olacağını düşünürəm.
Vladimir Putin


"Bu həm də münasibətlətin normallaşdırılması yolunda atılan gözəl bir addım olacaq", Putin əlavə edib.

Putinin bu sözləri Kiyev Məhkəməsinin Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların sabiq komandiri Volodimir Tsemaxı azadlığa buraxmasından sonrya təsadüf edib.

Onun azadlığa buraxılması mübahisələrə səbəb olub. Belə ki, Ukraynanın təhlükəsizlik qüvvələri Tsemaxın 2014-cü ilin iyul ayında şərqi Ukrayna üzərində vurulan Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin vurulmasının şahidi olduğunu müəyyən edib.

Hadisəni təhqiq edən niderlandlı prokurorlar Kiyev hökümətini Tsemaxın ekstradisiyasının qarşısını almağa çağırıb.

Lakin Ukraynanın yeni seçilmiş prezidenti Volodimir Zelenski hakimiyyətə gələndə Rusiyadakı ukraynalı məhbusları geri qaytaracağını və Ukraynanın şərqində münaqişəyə son qoyacağını vəd edib.

Putin və Zelenski iyul ayında ilk dəfə telefonla söhbət edib.

O zaman Kremlin sözçüsü deyib ki, iki lider Uraynanın Donbas regionu ilə bağlı dayandırılmış sülh razılığını habelə "hər iki tərəfdən" mümkün məhbus mübadiləsini müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG