Accessibility links

Rusiya ilə ABŞ arasında casus məsələsi həll olundu


ABŞ həbs etdiyi 10 rus casusunu keçən ay Qərbə casusluq etməkdə şübhəli bilinərək azadlıq məhrum edilən 4 Rusiya vətəndaşı ilə mübadilə edib

Dünya mətbuatının gündəmində olan ABŞ-la Rusiya arasında casus məsələsi dünən agentlərin mübadiləsi ilə sona çatmış oldu. ABŞ həbs etdiyi 10 rus casusunu keçən ay Qərbə casusluq etməkdə şübhəli bilinərək azadlıq məhrum edilən 4 Rusiya vətəndaşı ilə mübadilə edib. 14 nəfərin mübadiləsi Vyanada baş tutub. ABŞ rəsmilərinin məlumatına görə, Rusiyanın azad etdiyi 4 agentdən 2-si ABŞ-a gəlməmişdən öncə İngiltərəyə aparılıb. 9-u rus milliyətli 10 Rusiya casusunun Birləşmiş Ştatların Boston, Nyu York və Vaşinqton şəhərlərində saxta adlar altında fəaliyyət göstərdikləri deyilir. Şəbəkənin 11-ci üzvü isə Kiprdə saxlansa da, daha sonra o zaminə buraxılıb.

XS
SM
MD
LG