Accessibility links

Rusiya ilə ABŞ terrorizmə qarşı birgə hərbi təlimlər keçirir


Rusiya ilə ABŞ terrorizmə qarşı birgə hərbi təlimlər keçirir
Rusiya ilə ABŞ terrorizmə qarşı birgə hərbi təlimlər keçirir

Rusiya və ABŞ-ın hərbi dəniz donanmaları bu gün Guamda terrorizm əleyhinə birgə təlimlərə başlayıblar. Sakit Okean Qartalı təliminin birinci fazasına manevr və gəmilər arasında əlaqə daxildir. Üç gün davam edən təlim zamanı Rusiyanın Varyag və Amerikanın USS Fitzgerald və USS Makkampel raket kreyseriləri eyni zamanda Filippin dənizində terrorçular tərəfindən ələ keçirilən gəmilərin xilas edilməsi əməliyyatını məşq edəcək. Təlimlərin məqsədi hər iki ölkənin hərbi dəniz donanması arasında qarşılıqlı ehtiram və əməkdaşlığın yaradılmasından ibarətdir. ABŞ hərbi dəniz donanması Sakit Okean regionunda Rusiya ilə oxşar maraqları bölüşdüyünü bildirib.

XS
SM
MD
LG