Accessibility links

Rusiya ilə yeni silahlara nəzarət sazişi müzakirəyə çıxarılıb


Rusiya ilə yeni silahlara nəzarət sazişi müzakirəyə çıxarılıb
Rusiya ilə yeni silahlara nəzarət sazişi müzakirəyə çıxarılıb

Bu gün ABŞ Senatında Rusiya ilə yeni silahlara nəzarət sazişi müzakirəyə çıxarılıb. Respublikaçılar START adı ilə tanınan sazişi dəstəkləyənləri ilin sonunda tələsik təsdiq əldə edilməsi cəhdində günahlandırır. Onlar belə bir razılığın Amerikanın raketlərdən müdafiə imkanlarının məhdudlaşdılması kimi qiymətləndirir. Dünən Obama administrasiyası Senatın sazişin təsdiqi çağırışlarını bir daha təkrar edib. Hazırkı razılığın müddəti ilin sonunda başa çatır. ABŞ-ın Birgə Hərbi Qərarganlar rəisinin müavini general Ceyms Kartvayt sazişə ciddi şəkildə ehtiyac duyulduğunu və bunun Amerikanın raketlərdən müdafiə planlarına mane olmayacağını deyib. Sənədin ratifikasiyası Senatın üçdə iki hissəsinin təsdiqini tələb edir.

XS
SM
MD
LG