Accessibility links

Respublikaçı qanunvericilər Rusiya ilə münasibətdə fərqli baxışları bölüşür [Video]


Respublikaçı qanunvericilər Rusiya ilə münasibətdə fərqli baxışları bölüşür
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Respublikaçı qanunvericilər Rusiya ilə münasibətdə fərqli baxışları bölüşür

Prezident Donald Tramp NATO zirvə toplantısında iştirak etmək üçün Brüsselə səfərə çıxmazdan əvvəl və Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü ərəfəsində ona ünvanlanan ''Putin sizin dostunuzdur ya düşmənəniniz'' sualına belə cavab verib.

"Mən hazırda bunu deyə bilmirəm. Məni maraqlandıran tək şey, onun rəqib olmasıdır.'' - deyə, Donlad Tramp bildirib.

Prezidentin bu bəyanatı keçən həftə Rusiyada səfərdə olan Respublikaçı senator Riçard Şelbinin sözlərini təsdiqləyib. Şelbi bildirmişdi ki, onun qrupu bütün mübahisə doğuran məsələləri ev sahiblərinin diqqətinə çatdırıb.

"Ancaq biz həmçinin onlara bildirdik ki, əlaqələrimiz gərginləşsə də dünya üçün bizim rəqib olmağımız daha yaxşı olardı. Amma nə olacağını görəcəyik.'' - deyə, senator Riçard Şelbi qeyd edib.

Digər Respublikaçı senator isə qeyd edib ki, onlar görüşdə 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsini gündəmə gətiriblər.

"Bizim ruslara mesajımız belə idi. Biz inanırıq ki, siz bizim seçkilərə müdaxilə etmisiz amma bunu 2018, 2020-ci ildə etməyin. Əgər siz münasibətlərimizin inkişaf etməsini istəyirsinizsə, o zaman bizi seçkilərə müdaxilə etməyəcəyinizə inandırmalısınız.'' - deyə, senator Riçard Moran qeyd edib.

Lakin bəzi təhlilçilər deyirlər ki, Respublikaçıların mövqeyi prezidenti daha çox dəstəkləyən və Rusiya tərəfli olur. Bu da partiyanın onilliklər ərzində tutduğu mövqeyini dəyişdirə bilər.

"Bunun nəticəsi olaraq, Konqres tərəfindən bu günə qədər Rusiyanın davranışlarına qarşı göstərilən vahid mövqe daha da sərtləşməlidir. '' - deyə, təhlilçi Mark Simakovski qeyd edib.

Ancaq digər ekspertlər ABŞ siyasətinin və Konqresin tətbiq etdiyi sanksiyaların Trumpın ritorikasından daha sərt olduğunu bildirir.

"Mən demək istəyirəm ki, ABŞ Konqresi vahid şəkildə Rusiyaya qarşı hər cür yaxınlaşmaya şüphə ilə yanaşır.'' - deyə, ekspert Luyk Koffi bildirib.

Prezident Tramp jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Putinlə Helsinkidə baş tutacaq görüş Brüssel və İngiltərədə ABŞ müttəfiqləri ilə keçirilən görüşlərdən daha asan ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG