Accessibility links

Rusiyada post-sovet dövrü iqtisadi qeyri-bərabərlik kəskin artıb


ABŞ-da aparılan yeni araşdırmaya əsasən, Rusiyada Sovet İttifaqının 1990-cı illərdə dağılmasından sonra Şərqi Avropa ölkələri və Çinlə müqayisədə iqtisadi qeyri-bərabərlik “ifrat dərəcədə” yüksəkdir.

ABŞ-ın Milli İqtisadi Araşdırma Bürosunun yeni araşdırmasında Rusiyada iqtisadi qeyri-bərabərliyin kommunizmdən sonrakı keçid dövrü ilə əlaqədar olduğu göstərilir. Məhz bu dövrdə zəngin ruslar ölkənin xarici ehtiyatlarının dəyərindən təxminən üç dəfə artıq ofşor sərvətlər toplayıb. Bu ofşor sərvətlərin həcmi Rusiyada ailələrin hamısının birlikdə maliyyə aktivlərinə bərabərdir.

“Sovet kommunizm sisteminin süqutu və eqalitar ideologiya belə görünür, böyük miqyasda iqtisadi qeyri-bərabərlik və özəl mülkiyyətin təmərküzləşməsinə tolerant münasibətin yaranmasına gətirib çıxarıb”, deyə araşdırmada qeyd edilir.

Araşdırmada deyilir ki, milyarderlər və oliqarxların Rusiya dövlətinə və qəbul edilmiş milli maraqlara loyallıq göstərdiyi müddətdə Rusiyada iqtisadi bərabərlik davam edəcək.

Rusların həyat standartları 1990-1991-ci illərdə Qərbi Avropa ölkələrindəki standartların 60-65 faizinə uyğun idisə, 2010-cu ildə bu nisbət 70-75 faiz təşkil edir.

Araşdırma müəlliflərinin bildirdiyinə görə, Rusiyada iqtisadi qeyri-bərabərliyin yüksək səviyyəsi “icarəyə əsaslanan resursların cəmləşməsinin nəticəsidir”, bu isə onların fikincə, davamlı iqtisadi inkişaf və artıma xidmət etmir.

Araşdırmada bildirilir ki, Rusiyada iqtisadi qeyri-bərabərliyin rəsmi qiymətləndirilməsi gəlirlərin cəmləşməsi faktını nəzərə almır. Tədqiqatçıların bildirdiyinə görə, hesabatda post-sovet dövründə ilk dəfə olaraq, Rusiyada özəl, ictimai və milli sərvətlər və ofşor sərvətlərinə dair ətraflı məlumat əks etdirilir.

XS
SM
MD
LG