Accessibility links

Putin Türkiyə və İranı Suriyadakı qarşı qüvvələr arasında dialoqa yardım etməyə çağırıb


Rusiya prezidenti Vladimir Putin çərşənbə günü türkiyəli və iranlı həmkarlarına Suriyada vətəndaş müharibəsindəki qarşı qüvvələr arasında dialoqa ehtiyac olduğunu deyib.

Putin Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə keçirdiyi video-konfransda Suriyanın İdlib bölgəsi və digər regionlarının terrorizmin qaynar nöqtələri olaraq qaldığını bildirib.

“Suriyadaxili dialoq Cenevrə konstitusiya komitəsinin çərçivəsində inkişaf etdirilməlidir. Mən bu prosesə dəstək vermək, iştirkaçıların görüşünə yardım etmək və onların birbaşa dialoquna start verməyi təklif edirəm” - deyə, Putin bildirib.

Rusiya və İran Suriyada doqquz ildir davam edən müharibədə prezident Bəşər Əl-Əsəd qüvvələrini, Türkiyə isə müxalifətçi döyüşçüləri dəstəkləyir. 2017-ci ildə başlayan diplomatik proses çərçivəsində üç ölkə döyüşlərin azaldılması istiqamətində işləmək barədə razılıq əldə edib.

Ərdoğan isə video-konfrans zamanı bildirib ki, Suriyada münaqişənin uzunmüddətli həllinə nail olmaq prioritetdir. O, "yerlərdə sakitliyə və Suriyanın siyasi birliyinin müdafiəsi və ərazi bütövlüyünün qorunmasına" nail olunmasının önəmli olduğunu deyib.

"Qonşumuz Suriyanın tezliklə sülh, təhlükəsizlik və sabitliyə nail olması üçün əlimizdən gələni etməyə davam edəcəyik", Ərdoğan deyib.

XS
SM
MD
LG