Accessibility links

Rusiya İsraildən Suriyaya qarşı hücumlara son qoymasını tələb edir


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Suriya ərazisində "özbaşına hücumlar" həyata keçirməsinə son qoymalı olduğunu söyləyib.

Diplomat deyib ki, "Suveren dövlətə qarşı özbaşına güc tətbiq etmək təcrübəsi istisna olunmalıdır”.

Yanvarın 21-nə keçən gecə İsrailin Müdafiə Qüvvələri Dəməşq yaxınlığında İran və Suriya əsgərlərinə raket hücumları həyata keçirib. Daha sonra hərbçilər tərəfindən yayılan videodan endirilən zərbələrdən biri ilə rus hava müdafiə sistemi Pantsirin vurulduğu aydın olub. İsrail ordusu hücumu Suriyadakı İran hərbi qüvvələrinin Qolan yüksəkliklərindən yer-yer tipli raketin buraxılması ilə izah edib.

Bundan əvvəl İsrail bir neçə dəfə İranın Hizbullah məntəqələri və Suriyadakı Suriya ordusuna hava hücumlarını yerinə yetirib:

  • 2017-ci ilin aprelində İsrail Dəməşq hava limanı yaxınlığında Hizbullahın anbarını bombalayıb,
  • 2018-ci ilin aprel ayında Homsda Tifor hava bazasına zərbələr endirib,
  • 2018-ci ilin mayında "onlarla" İran hərbi obyektlərinə raketlər atıb.
  • 2018-ci ilin sentyabrında İsrailin F-16 qırıcı təyyarələri Lattakiyadakı Suriya ordusunun obyektlərinə raket hücumları həyata keçirib. Suriya ordusunun cavab atəşi nəticəsində göyərtəsində 15 nəfərin olduğu Rusiyanın İD-20 hərbi təyyarəsi vurulub.

İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman 2018-ci ildə "Nastoyaşeye Vremya"ya verdiyi müsahibəsində İsrailin özünü İrandan, hətta digər ölkələrin ərazisində belə müdafiə etmək hüququnun olduğunu və "Suriyanın ərazisində İranın hər bir hərbi mövcudluğunu məhv etməyə çalışacağını" deyib.

"Biz digər ölkələrin daxili işlərinə müdaxilə etmirik, amma biz İranın Suriyanı İsrailə qarşı ön fortpostuna çevirməsinə hazır deyilik”, Liberman deyib.

"İran ayətullahı hər gün İsrailin məhv edilməsindən danışır. Bu səbəbdən biz İranın Suriyadakı istənilən mövcudluğunun qarşısını almağa çalışacağıq. İraq, Pakistan və Yaxın Şərqin bütün bölgələrindən Suriyaya gətirdikləri HHQ, dəniz qüvvələri, raket istehsalı və ya şiə polis bölməsi olması fərq etməz."

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG