Accessibility links

Rusiya kürdlərin Türkiyənin sərhəd bölgələrindən tamamilə çıxdığını bildirir


Rusiyanın Müdafiə Naziri Sergey Şoyğu çərşənbə axşamı günü kürd döyüşçülərin bu yaxınlarda Rusiya və Türkiyə arasında əldə edilmiş razılığa əsasən Suriya sərhədindəki ərazilərdən çəkilmə prosesini başa çatdırdığını bildirib. Şoyqunun bildirdiynə görə, kürdlərin çəkilməsindən sonra Rusiya və Suriya hərbi qüvvələri sərhəd zonasına yerləşdirilib.

Rusiya və Türkiyə arasında keçən həftə ədlə edilmiş razılıq nəticəsində Türkiyənin əraziyə hərbi müdaxiləsinin qarşısı alınıb. Ankara Suriya kürdlərinin hərbi birləşmələrinin ərazidən çıxarılmasına çalışır.

Kürdlərin rəhbərlik etdiyi qüvvələr Suriyada İslam Dövləti qrupuna qarşı beş il sürən kampaniya zamanı Birləşmş Ştatların müttəfiqi olub. Lakin ABŞ hərbi qüvvələrinin çıxarılması Türkiyənin ərazidə hücumuna yol açıb. Kürdlər bundan sonra özlərini müdafiə məqsədilə Rusiya və Suriya hökumətinə üz tutub.

Moskva və Ankara Türkiyənin oktyabrın 9-da hücuma başladığı zaman ələ keçirdiyi ərazilərin nəzarətini saxlaması haqda razılıq əldə edib. Rusiya və Suriya hərbi qüvvələri isə sərhədin qalan hissəsinə nəzarət edəcək.

Rusiya və Türkiyə həmçinin sərhəd bölgəsinin Türkiyə tərəfindən ələ keçirilən ərazilərinn şərqində və qərbində olan hissələrinə birgə nəzarət etmək haqda razılıq əldə edib.

Türkiyənin Müdafiə Nazirliyi kürdlərin son möhlətə əməl edib-etmədiyi haqda dərhal məlumat verməyib. Nazirliyin bildirdiyinə görə, Rusya və Türkiyə hərbi qüvvələri keçən həftə Moskva və Ankara arasında Suriyanın şimal-şərqində nəzarətin bölünməsinə dair razılığın icra edilməsi ilə bağlı danışıqların ikinci gününü başa çatdırıb, lakin bundan əlavə detalları açıqlamayıb.

Suriya kürdlərinin döyüşçülərinin Türkiyə ilə sərhəddən 30 kilometrlik məsafədəki mövqelərə qayıtmaq üçün Qrinviç vaxtı ilə saat 3:00-ə qədər vaxtı var. Ankara kürd hərbi birləşmələrinin çəkilmədiyi təqdirdə hücumu bərpa edəcəyi ilə hədələyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG