Accessibility links

Rusiya Kalininqrada raket yerləşdirir [Video]


Rusiya Kalininqrada raket yerləşdirir
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Rusiya Kalininqrada raket yerləşdirir

NATO-nun Şərqi Avropada raket müdafiə sistemi yerləşdirməsinə cavab olaraq, Rusiya Polşa və Litva arasında yerləşən Kalininqrad anklavına S-400 zenit-raket və nüvə imkanlarına malik İsgəndər sistemlərini quraşdırmağı planlaşdırdığını bildirib. Birləşmiş Ştatlar may ayında Rumıniyada raket müdafiə sistemi quraşdırıb, indi isə Polşada anti-raket platforması inşa edilir. Rusiya raket müdafiə sisteminin Birləşmiş Ştatlarla 1987-ci ildə əldə olunan razılığa zidd olduğunu iddia edir.

Hazırda Putinin Baltikyanı ölkələri işğal etməsinə heç bir səbəb yoxdur.
Pyotr Eltsov

Ötən il Rusiya ölkə boyu genişmiqyaslı hərbi təlimlər keçirib və sərhədlərinə yeni silahlar göndərib. İndi onun Kalininqrada nüvə imkanlarına sahib raket yerləşdirməsi də yenilik deyil. Amma Milli Müdafiə İnstitutunun beynəlxalq təhlükəsizlik professoru Pyotr Eltsovun dediyə görə, bu son xəbərin vaxt baxımından xüsusi məqsədi var.

“Kreml yeni prezidenti sınamaq istəyir və bunu etməyin ən yaxşı zamaı indi, yəni aralıq müddətindədir. Eyni şey 2008-ci ildə Obama seçiləndə də baş vermişdi,” deyə o bildirir.

NATO bu ilin əvvəli Polşa və Baltikyanı ölkələrə dəstəyini nümayiş etdirmək məqsədilə orada genişmiqyaslı hərbi təlimlər keçirib. Lakin bu ölkələrdə ABŞ-ın növbəti prezidenti Donald Trampın bu trendi dəyişəcəyi ilə bağlı narahatlıq mövcuddur.

“Məncə, NATO möhtəşəmdir, amma müasirləşdirilməlidir və bunu da bizim müdafiə etdiyimiz ölkələr ödəməlidir,” deyə Tramp bildirib.

İskander raket sistemi
İskander raket sistemi

ABŞ senatoru Ben Kardin Amerikanın Səsinə bildirib ki, qanunvericilər Birləşmiş Ştatlar və onun NATO müttəfiqlərinin maraqlarını qoruyacaq addıımlar atacaq.

“Bizim qaydaları müəyyən etmək kimi bir məsuliyyətimiz var və mən ümid edirəm ki, prezident Tramp Birləşmiş Ştatlar Konqresindəki hər iki partiyadan elə bir təsdiq alacaq ki, Amerika mühüm hesab etdiyi dəyərləri qorumaq yolunda öz qlobal liderliyini qoruyub saxlamağa davam edəcək,” deyə o bildirib.

Məncə, NATO möhtəşəmdir, amma müasirləşdirilməlidir və bunu da bizim müdafiə etdiyimiz ölkələr ödəməlidir,
Donald Tramp

Rusiyanın Kalininqrad anklavı ilə sərhəd bölüşən Litva heç nəyi taleyin öhdəsinə buraxmır. Vilnüs ölkənin hərbi hazırlığını artırır və vətəndaşlara Rusiya işğalının mümkün olduğu halda necə hərəkət etməli olduqlarını izah edən 75 səhifəlik göstəriş kitabçası paylanılır. Lakin Eltsov deyir ki, Rusiyanın NATO üzvünə hücum etmək ehtimalı çox azdır.

“Hazırda Putinin Baltikyanı ölkələri işğal etməsinə heç bir səbəb yoxdur,” Eltsov deyir.

Buna baxmayaraq Eltsov qeyd edir ki, Moskva şərqi Ukraynaya müdaxiləni artıra bilər. O, Tramp administrasiyası dövründə Rusiya ilə Birləşmiş Ştatlar arasında yaxınlaşma olacağını gözləmədiyini deyir, çünki onun sözlərinə görə, hər iki tərəfdə güclü lobbilər status kvonu qoruyub saxlamaq istəyir.

XS
SM
MD
LG