Accessibility links

Rusiyanın içərisində turistlər olan helikopteri Kamçatkada qəzaya uğrayıb


İçərisində turistlər olan helikopterin cümə axşamı Rusiyanın uzaq şərqində, Kamçatka yarımadasındakı dərin vulkan olan gölə düşdüyu və xilasedicilərin itkin düşən 8-ə qədər adamı axtardığı bildirilib. Məlumata görə, azı səkkiz nəfər sağ qalıb.

Helikopter Kronotski qoruğunda qəzaya uğrayıb. Bölgə rəhbərliyi xilasedicilərin sağ qalan insanları vulkanın olduğu Kuril gölündə axtardıqlarını bildirib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, Mi-8 helikopterində 13 turist və 3 ekipaj üzvü olub, onlardan 8 nəfəri sağ qalıb. İki nəfərin ağır yaralandığı bildirilib.

Lakin "İnterfaks" xəbər agentliyi rəsmilərə istinadən içərisində 3 ekipaj üzvü və 14 turist olan helikopterin qəzaya güclü duman səbəbindən uğradığını bildirib. İnterfaks əvvəlcə bölgə rəsmilərinə istinad edərək, iki pilot da daxil olmaqla, 9 nəfərin sağ qaldığını bildirsə də, sonradan yalnız 8 nəfərin sağ qaldığını bildirib.

Rəqəmlər fərqli olsa da, xəbərlərdə turistlərin milliyyətləri göstərilməyib və əksəriyyətinin Moskva və Sankt-Peterburqdan olduğu deyilib. Bölgə prokurorları uçuş təhlükəsizliyi qaydalarının pozulub-pozulmadığını araşdırır.

Məlumata görə, helikopter 316 metrə qədər dərinliyi, 77 kvadrat kilometr ərazisi olan Kuril gölünün təxminən 100 metr dərinliyindədir.

37 il əvvəl Sovet dövründə istehsal olunan helikopter yerli Vityaz-Aeroya məxsus idi. Şirkətin direktoru helikopterin bu yaxınlarda baxımdan keçdiyini və yaxşı vəziyyətdə olduğunu deyib.

Çox sayda vulkana ev sahibliyi edən Kamçatka gözəlliyi və zəngin vəhşi təbiəti ilə tanınır. Rusiyanın yeganə geyzer hövzəsinə malik olan Kronotski qoruğu Kamçatkada böyük bir turistik məkanıdır və helikopterlər mütəmadi olaraq oraya turist aparır.

Hava şəraitinin tez dəyişməsi uçuşları riskli edir. Keçən ay An-26 sərnişin təyyarəsi pis hava şəraitinə görə hava limanına yaxınlaşarkən Kamçatkada qəzaya uğramış və təyyarədə olan 28 nəfərin hamısı ölmüşdü.

XS
SM
MD
LG