Accessibility links

Rusiya prezidenti yanğının baş verdiyi ticarət mərkəzində olub


Rusiya prezidenti Vladimir Putin bu gün azı 64 insanın ölümünə səbəb olan yanğının baş verdiyi ticarət mərkəzində olub.

Putin çox sayda insanın ölümünə səbəbin "kriminal səhlənkarlıq" olduğunu deyib.

Təhqiqatçıların dediyinə görə, ticarət mərkəzindəki girişlər qanunsuz olaraq bağlı olub və yanğın siqnalizasiya sistemi lazımi qaydada işləməyib.

Bu gün hölkumət binası qarşısına toplaşan etirazçılar ölümlə nəticələnən yanğına görə cavab verilməsini tələb edib.

Yanğın Kemerovo şəhərinin dördmərtəbəli “Qış Albalısı” ticarət mərkəzinin kinoteatr və uşaqlar üçün oyun meydançasının yerləşdiyi sonuncu mərtəbəsində baş verib.

Hadisə qurbanları və itkin düşənlərin əksəriyyəti uşaqlar olub.

XS
SM
MD
LG