Accessibility links

Rusiyanın mübahisəli kilsəsi


Rusiyanın mübahisəli kilsəsi
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Moskva yaxınlığındakı Patriot Parkında inşa edilən nəhəng kilsə son mərhələsindədir. Rusiyanın silahlı qüvvələrinə həsr olunan bu kilsə dövlətlə kilsə münasibətlərinin simvolu olaraq inşa edilir.

Lakin tənqidçilər bu kilsəni inşa edənləri vətənpərvərlikdən təbliğat silahı kimi istifadə etməkdə ittiham edir. Exo Moskvı-dan Anton Orex: "Belə bir söz var, " kargüzarlıq". Kilsə həyatımızın bütün sahələrinə daxil olub - istər mülki, istərsə də hərbi sahəyə. Buna vətənpərvərlik oyununu da əlavə edin."

Bu layihə ilə bağlı mübahisələr lap əvvəldən, hətta Rus Pravoslav Kilsəsinin rəhbərliyindəki ilahiyyatçılar arasında da gedirdi. Onlar bolşeviklərlə çar ordusunun kilsəni necə bölüşdürdüklərini başa düşmədiklərini deyirdi. Arxidiakon Andrey Kurayev: "Ümumiyyətlə Putinin siyasəti istər ağlar (qeyri-kommunist), istərsə də qırmızılar (kommunist) olmasından asılı olmayaraq, şovinist siyasətidir. Rus vətəndaş müharibəsi keçmişdə qalıb. Biz həm Sovet marşalı Budyonnını, həm də İmperatorun rus ordu generalı Denikini şərəfləndiririk."

Kilsə haqda məlumat mərhum Sovet lideri İosif Stalinin Rusiyanın 2014-cü ildə Krımın ilhaqında iştirak edən əsgərlərlə birlikdə mozaikasının kilsədə yer alacağı xəbərindən sonra qəzet başlıqlarında yer aldı.

Tənqidçilər bunların heç birinin Allahla əlaqəsi olmadığını deyir. “Bütün bunlar dövlətin təbliğatı və ideologiyasıdır. Və mən Allaha yaxın olmaq üçün kilsəyə girəndə qəribə bir vəziyyətlə qarşılaqşıram - gözlərimi qaldırıb Sovet simvollarını, insanları qətlə yetirən əsgərləri görürəm" - deyə, Andrey Kurayev bildirir.

Orijinal layihədə həmçinin prezident Vladimir Putinin mozaik şəkli də var idi. Lakin xalqın etirazından sonra onun və Stalinin rollarını nümayiş etdirmək planı ləğv edildi.

Kilsənin özəl ianələr hesabına tikildiyi deyilir. Rusiya Müdafiə Nazirliyi bu layihəyə ictimai vəsait ayırması ilə bağlı ittihamları rədd edib.

Kilsənin açılış mərasimi Sovet İttifaqının faşist Almaniyası üzərində qələbəsinin 75-ci ildönümünə təsadüf edirdi. Lakin mərasim koronavirusunla mübarizə dövrünə təsadüf etdiyi üçün təxirə salındı.

Şərhlərə bax

XS
SM
MD
LG