Accessibility links

Rusiyada koronavirusa yoluxanların sayı artmaqdadır


Rusiyada yeni növ koronavirus infeksiyası ilə xəstələnənlərin sayı üçüncü gündür ardıcıl şəkildə artır. Xəstəliyin yayılmasına qarşı mübarizə aparan əməliyyat qərargahının bazar günü statistikasına görə, 3 yanvar tarixində gün ərzində 24.150 nəfər virusa yoluxub, 19.847 nəfər sağalıb, ən azı 504 nəfər ölüb.

Bu həm təbii səbəblər, həm də Rusiyada davam edən Yeni il tətilləri ilə izah edilir. Rəsmi qurumlar pandemiya başlayandan bəri 3 milyon 230 mindən çox adamın virusa yoluxduğunu bildirir. Yanvarın 3-də isə 559 399 nəfər xəstə kimi qeydiyyata alınıb. Rusiya Statistika Komitəsinin məlumatına görə, ölkədə koronavirusdan ən azı 116 min nəfər ölüb.

Ötən ilin dekabrından Rusiyada koronavirusa qarşı peyvənd vurulmasına başlanılıb. Dekabrın sonlarında 30 min adama peyvənd vurulduğunu bəyan edən Rusiya səhiyyə naziri Mixail Muraşko son açıqlamasında artıq ölkə üzrə bu rəqəmin 800 minə çatdığını bildirib.

Amma həftə yarım müddətində vaksinləşmənin 18 dəfə artmasını müəyyən şübhələrə yol açıb. "Xolod" nəşrinin redaktoru Mixail Zelenski belə sürətli peyvənd vurulmanın inandırıcı olmadığını deyir.

"Bu mümkün deyil, Belə olmur. Ya o, əvvəl doğru məlumat verməyib, ya da indi."

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Yanvarın 3-ə olan məlumata görə, indiyə qədər dünyada 84, 6 milyon adam virusa yoluxub. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG