Rusiyanın idman naziri Oleq Matısin beynəlxalq idman qurumlarını koronavirus pandemiyası səbəbilə "yeni səhifə" açmağa və Rusiyaya tətbiq olunan dopinq qadağasını ləğv etməyə çağırıb.
Ümumdünya Antidopinq Agentliyi Rusiyanın dörd il boyunca Olimpiya Oyunları və digər böyük beynəlxalq tədbirlərdə iştirak etməsini qadağan edib. Buna səbəb onların keçən il Moskva laboratoriyalarında dopinq məlumatlarının saxtalaşdırılmasına dair qərar çıxarması olub. Bundan əlavə Rusiyanın bütün beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinə də qadağa qoyulub.
Rusiya qadağa ilə bağlı appelyasiya şikayəti irəsi sürüb və İdman Arbitraj Məhkəməsi qadağanın hələ də qüvvədə olub-olmaması ilə bağlı qərar verməlidir. Lakin məhkəmə dinləmələri pandemiya səbəbi ilə təxirə salınıb.
"Beynəlxalq Olimpiya Komitəsi, Dünya Antidopinq Agentliyinin rəhbərləri və qərarı qəbul edəcək hakimlər başa düşməlidirlər ki, indi tamamilə fərqli bir şəraitdə yaşayırıq və Yaranan bu böhran, o cümlədən münasibətlərdəki böhran, yəqin ki, sona çatdırılmalıdır, yeni bir səhifə açılmalıdır və onlar başa düşməlidir ki, indi əsas məsələ birlikdə olmaqdır," deyə Matısin aprelin 10-da onlayn yayımlanan mətbuat konfransında bildirb.
Rusiya öz idmançıları üçün sistemli, dövlət tərəfindən idarə olunan dopinq proqramının olduğunu inkar etsə də, anti-dopinq qaydalarının tətbiq edilməsində çatışmazlıqların olduğu etiraf edib.