Accessibility links

Putin: Krım hər zaman Rusiyanın ayrılmaz hissəsi olub


Rusiya prezidenti Vladimir Putin və Krım rəsmiləri yarımadanın Rusiya Federasiyasına daxil olmasına dair müqaviləyə imza atıb. Müqavilə Krımın Ukraynadan ayırılaraq, Rusiyaya birləşməsinə dair Birləşmiş Ştatlar və Avropa İttifaqının qeyri-qanuni adlandırdığı referndumdan iki gün sonra imzalanıb.

Cənab Putin sənədə Krımın regional hökumətinin baş naziri Vladimir Konstantinov, Krım parlamentinin spikeri Vladimir Konstantinov və Rusiya hərbi dəniz donanmasının qərargahının yerləşdiyi Sevastopol şəhərinin meri Aleksey Çalov imza atıblar.

Kremlin veb səhifəsində Krım müqavilənin imzalandığı gündən etibarən Rusiya Federasiyasının tərkibinə daxil olduğu bildirilib.

Müqavilənin imzalanması mərasimi Rusiya prezidenti Vladimir Putinin partlamentdə televiziya ilə yayımlanan çıxışı zamanı Krım hər zaman Rusiyanın ayrılmaz bir hissəsi olduğunu deməsindən bir qədər sonra keçirlib. Bundan bir gün öncə Rusiya prezidenti Krım yarımadasının suvren və müstəqil ölkə kimi tanınmasına dair sərəncam verib.

Prezident Putin referednumun demokratik və beynəlxalq normalara uyğun keçirildiyini deyib.

ABŞ vitse prezidenti Co Bayden Rusiyanın Krıma hərbi müdaxiləsini müzakirə etmək üçün Polşada regional müttəfiqlərlə görüşlər keçirilb.

Bir neçə dəfə xəbərdarlıqdan sonra Vaşınqton və Brüssel Krımda keçirilən seçkiləri dəstəklədiyinə görə Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
XS
SM
MD
LG