Accessibility links

Rusiya silahlı qüvvələri Krımda Belbek hərbi hava bazasını ələ keçirib


Rusiya tərəfdarı silahlı qüvvələri Sevastopol yaxınlığında Belbek hərbi hava bazasına hücum edərək, zirehli maşınlarda bazasının darvazası və divarlarını dağıdıb.

Belbek bazasına hücum zamanı Ukrayna hərbi qüvvələrinin zəif müqavimət göstərdiyi, hadisə zamanı onların ölkə himnini ifa etdikləri bildirilir.

Bundan öncə Rusiyanın hərbi birləşmələrinin şənbə günü əvvəlcədən xəbərdarlıq etmədən Belbek istiqamətində hərəkət edib, bazanı mühasirəyə aldığı haqda məlumat verilmişdi.

Eyni zamanda, Ukrayna hərbi qüvvələrinin Sevastopoldan şimalda Novofyodorovkada hərbi bazanı Rusiya əsgərlərinin obyektə daxil olmasından sonra tərk etdiyi bildirilir. Şahidlərin sözlərinə görə, Ukrayna əsgərləri bazanı tərk etməzdən əvvəl rusları dəf etmək üçün tüstülü bombalardan istifadə ediblər.

Rusiyanın strateji yarımadanın ilhaqı prosesini yekunlaşdırması ilə Rusiya silahlı qüvvələri Ukraynanın Krımda hərbi bazaları və gəmilərini ələ keçirir. Ukrayna hərbi qüvvələrinin minimum müqavimət göstərdiyi bildirilir.

Belbekdə Ukrayna qüvvələrinin komandiri ilə əlaqə saxlayan Röyters xəbər agentlyi komandirin Rusiya silahlı qüvəvlərinin Ukrayan həbrçilərinin təslim olması üçün onlara ultimatum verdiyini dediyi haqda məlumat verib.

Belbek hərbi hava bazası Simferopol beynəlxalq hava limanın avadanlığından istifadə edir.
XS
SM
MD
LG