Accessibility links

Rusiya Krıma hava müdafiə raketləri göndərib


Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, şənbə günü Rusiya Krım yarımadasında hərbi gərginliyin artmasının ardınca Krıma yeni növ S-400 səthdən havaya uçan raket göndərib.

Rusiya 2014-cü ildə Krımı Ukraynadan ilhaq edib. Nəticədə Avropa İttifaqı və Birləşmiş Ştatların Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib və regionda gərgin qarşıdurma yaranıb.

Dekabr ayında ABŞ Ukraynanı qabaqcıl müdafiə vasitələri ilə təmin etməyi planlaşdırdığını deyib. Rəsmilər bunlara Javelin anti-tank raketlərinin daxil olduğunu deyib.

Bu raketin yarımadaya göndərdiyi ikinci S-400 hava müdafiə sistemləri dəstəsidir. İlki 2017-ci ilin yaz aylarında Feodosia liman şəhəri yaxınlığına göndərilmişdi.

Ukraynan Donanmasının Krımda qalan müharibə gəmiləri
Ukraynan Donanmasının Krımda qalan müharibə gəmiləri

RIA xəbər agentliyinin verdiyi məlumata görə, yeni raket Sevastopol şəhərinə yaxın yerdə yerləşdiriləcək və Ukrayna ilə sərhəddə hava məkanına nəzarət edəcək.

Rusiyanın sərhədlərini müdafiə etmək üçün nəzərd tutulan yeni hava müdafiə sistemi beç dəqiqədən az müddətdə döyüş rejiminə salına bilər, deyə İnterfaks xəbər agentliyi Rusiya hava qüvvələrinin komandiri Viktor Sevostyanova istinadən bildirir.

Rusiyanın müdafiə nazirliyi bildirir ki, “Triumph” adı ilə tanınan S-400 sistemləri havadakı hədəfləri 400 kilometrlik məsafədən, balistik raketləri isə 60 kilometrlik məsafədən vura bilir.

Onlar ilk dəfə olaraq Rusiyanın hərbi arsenalına 2007-ci ildə daxil edilib, deyə nazirlik bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG