Accessibility links

Lavrov: Rusiya Federasiyası NATO yanındakı daimi nümayəndəliyinin işini noyabrın 1-dən etibarən dayandıracaq


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasının NATO yanında daimi nümayəndəliyinin işini noyabrın 1-dən etibarən dayandıracağını bildirib.

NATO -nun Moskvadakı Məlumat Bürosu da fəaliyyətini dayandıracaq.

Rusiya belə bir addımı NATO-nun Rusiyanın səkkiz işçisini kənarlaşdırmaq və "Rusiyanın pis niyyətli hərəkətləri" səbəbi ilə olduğunu deyərək, Brüsseldəki alyansının daimi nümayəndəliyindəki iki vəzifəni ləğv etməsindən sonra cavab olaraq atıb. Nəticədə missiyanın sayı 20 nəfərdən 10 nəfərə endirilib.

NATO sözçüsü o zaman deybi ki, deportasiya edilmiş missiya işçiləri Rusiya kəşfiyyatçılarıdır.

"NATO-nun Rusiya ilə bağlı siyasəti ardıcıl olaraq qalır. Rusiyanın təcavüzkar hərəkətlərinə cavab verir, müdafiəni artırdıq və eyni zamanda konstruktiv dialoqa açıq olaraq qalırıq" - deyə, sözçü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG