Accessibility links

Rusiyanın müdafiə naziri Azərbaycanda səfərdədir


Rusiya müdafiə naziri Sergey Şoyqu “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sayca altıncı dəfə keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan dördüncü dəfədir iştirak edir.

Bu il Rusiya komandası Mahaçqaladakı Xəzər donanmasının kiçik artilleriya gəmisində çıxış edəcək.

“Dəniz Kuboku-2020 Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Puta hərbi bazasında keçiriləcəkdir. Dənizçilər dənizdə və hava hədəflərində artilleriya atəşini həyata keçirmək, lövbər salmaq və böyütmə barreli, xilasetmə təlimi, habelə gəminin işlək qalması uğrunda mübarizə bacarıqlarını göstərəcək,” Müdaifə Nazirliyinin məlumatında qeyd edilir.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, avqustun 25-də prezident İlham Əliyev və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilib.

Rusiya müdafiə nazirinin Bakıya səfəri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki döyüşlərdən sonraya təsadüf edir. Ekspertlər hesab edir ki, Rusiyanın Ermənistana göndərdiyi hərbi yüklərlə bağlı məsələ danışıqlarin diqqət mərkəzində olacaq.

Beklə ki, bu il avqustun 13-də Azərbaycan prezidentinin təşəbbüsü ilə Rusiya prezidenti ilə keçirilən telefon danışığı zamanı prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib.

Azərbaycan və Rusiya hazırda hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq edir.

Azərbaycan Ordusunun silahları, hərbi texnikası, hərbi-raket kompleksi və aviasiyası əsasən Rusiya istehsalıdır. Rəsmi məlumatlara görə, son illərdə Azərbaycan Rusiyadan aldığı hərbi məqsədli məhsulların həcmi 5 milyard dollardan çoxdur. Yerli mediada bu il Azərbaycanın Rusiyadan hərbi təyyarələr alacağı ilə bağlı məlumatlar da yer alıb. Belə ki, Bakı ilə Moskvanın hərbi-texniki əməkdaşlığı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup mütəxəssisi bu ilin aprelində Rusiyada Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən müdafiə sənayesi müəssisələrinə baş çəkib.

Azərbaycanın müdafiə büdcəsi 2020-ci ildə 20 faiz artaraq 2,3 milyard dollara çatıb və mütəxəssislərin fikrincə, hərbi büdcə qabaqcıl silah sistemlərini almağa imkan verir.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG