Accessibility links

Rusiya müstəqil mediaya təzyiqi artırır


Rusiya müstəqil mediaya təzyiqi artırır
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Rusiya müstəqil mediaya təzyiqi artırır

Rusiya müstəqil mediaya təzyiqləri artırır və onların çoxuna sistematik şəkildə “xarici agent” damğasını vuran qanun layihəsini tətbiq edir. Rusiyada “xarici agent” kateqoriyası tarixən “dövlət düşməni” düşüncəsi ilə əlaqələndirilir.

Dojd televiziya kanalı Rusiyada Kremlin nəzarətində olmayan tək-tük media orqanlarından biridir. Lakin həmin kanalın işçilərinin işlərini görmələri getdikcə çətinləşir, çünki rəsmilər onları “xarici agent” siyahısına əlavə edib.

Dojd bu siyahıya daha öncə “xarici agent” olaraq təsnif edilən media orqanlarından materiallar yayınladığına görə daxil edilib.

Kanalın redaktoru Tixon Dzyadko deyir ki, bu qanun mətbuat azadlığına birbaşa hücumdur.

“Bu, insanları “doğru” və “yanlış” kateqoriyalarına bölən və ayrıseçkilik yaradan faşist qanundur və elə yazılıb ki, hər insan “xarici agent” ola bilər,” o deyib.

Bu kateqoriyaya daxil edilən media orqanları paylaşımlarına özlərini “xarici agent” olaraq müəyyən edən yazı daxil etməlidirlər. Tənqidçilər deyir ki, bunun məqsədi ictimaiyyəti qorxudub uzaqlaşdırmaqdır.

“Bütün avtoritar rejimlər bir-birilərinə bənzəyirlər. Onlar müxalif səsləri boğurlar, həqiqəti söyləmək istəyən insanları təqib edirlər,” Saxarov Mərkəzinin direktoru Sergey Lukaşevski bildirib.

Rusiya rəhbərliyi bildirir ki, Rusiya qanunu Birləşmiş Ştatların tarixən Rusiya mediasının işini məhdudlaşdırmaq üçün tətbiq etdiyi qanunlara bənzəyir.

“Bu qanunu biz icad etmədik. Bu qanun 1930-cu illərdə Amerika Birləşmiş Ştatları tərəfindən icad edilib və o zamandan bəri xüsusilə də rus mediasına qarşı istifadə olunub,” Rusiya Prezidenti Vladdimir Putin bildirib.

Təhlilçilər deyir ki, Rusiyada təzyiq dalğası davam etdiyi bir vaxt Rusiyanın gündəlik Novaya Qazetə qəzetinin baş redaktoru Dmitri Muratovun nobel mükafatı ilə təltif olunması xəbəri fəallar tərəfindən Rusiyanın müstəqil jurnalistikasıının beynəlxalq icitmaiyyət tərəfindən tanınması olaraq görülür.

“Muratov təxminən 30 ildir demokratiya və keçmişimizə qarşı tənqidi və əsaslı yanaşma kimi eyni prinsipləri dəstəkləyir,” tarixçi professor Andrey Zubov deyir.

Nobel Mükafatı, həqiqəti söyləmək getdikcə çətinlinləşdiyi bir vaxt, müstəqil mətbuatın təkcə Rusiyada deyil, beynəlxalq səviyyədə əhəmiyyətini vurğulayır.

XS
SM
MD
LG