Accessibility links

Rusiya mütəxəssisləri Ağdamda 100 hektar ərazini minadan təmizləyəcək


Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik minatəmizləyən heyəti yanvarın 4-də Azərbaycana gəlib.

“Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək. Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib,” Rusiya Fövqəladə Hallar Nazirliyi bildirir.

Azərbaycan Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifovun sözlərinə görə, yanvarın 5-dən Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları ilk olaraq Ağdam rayonu ərazisində ayrılan 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq.

“Artıq Rusiya tərəfi xüsusi avadanlıqları Azərbaycana gətirib. Əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcək,” o qeyd edib.

Lətifov deyib ki, 20 nəfərlik qrupa pirotexniklər, minaaxtaranlar, kinoloqlar və şəxsi heyətin təlim keçirilməsi üzrə instruktorlar daxildir.

"Qrup ərazilərin minalardan təmizlənməsi üçün bütün texniki avadanlıqlarla təchiz edilib,” nazir müavini bildirib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən bərpa olunub və bu otuz ildən çox davam edən münaqişənin davamı olub.

Noyabrın 10-da əldə edilən Azərbaycan, Ermənistan və Rusiya razılaşması hərbi əməliyatların dayandırılmasına səbəb olub. Razılaşmaya əsasən bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib.

Ekspertlər münaqişə zonasında yüz minədək mina basdırıldığını güman edir. Onlar minaların ən çox Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində olduğunu düşünür.

Hazırda münaqişə zonasının ermənilər yaşayan hissəsində Rusiya Silahlı Qüvvələrinin minatəmizləyənləri, Azərbaycan Ordusunun nəzarətində olan hissədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA), Azərbaycan Müdafiə Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyinin minatəmizləyənləri çirklənmiş sahələrin təmizlənməsi işlərini həyata keçirir.

Ekspertlər münaqişə zonasında minaların təmizlənməsinə illərlə vaxt lazım gələcəyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG