Kremlin ən böyük tənqidçisinin həbsinə və polisin bir neçə müxalifət fəalının evində reydlər keçirməsinə baxmayaraq, rus müxalifət liderləri şənbə günü Moskvada planlaşdırılan nümayişə çıxmaq əzmindədirlər.
Müxalifət lideri Aleksey Navalnıy müxalif düşüncəli bir neçə namizədin sentyabrın 8-də keçiriləcək Moskva bələdiyyə seçkilərinə diskvalifikasiyasına etiraz olaraq bu həftə sonu üçün "icazəsiz etiraz aksiyaları"na çağırdığına görə 30 gün həbs cəzasına məhkum edilib.
Putin hökuməti sentyabrda Moskva şəhər şurasına keçiriləcək seçkilərdə bir çox müxalifətçini diskvalifikasiya edib.
Seçki rəsmiləri səsvermə üçün tələb olunan 5,500 imzadan bəzilərinin etibarsız olduğunu deyərək, təxminən 30-a yaxın müstəqil namizədin səsvermədə iştirakına qadağa qoyub.
Keçən həftəsonu da minlərlə insan diskvalifikasiyaya qarşı etiraz olaraq Moskvada yürüş keçirıb.
Aleksey Navalnıy şənbə günü nümayişlərinə həmin yürüş zamanı çağırıb.
45 yerlik parlament seçkilərinə müxalifət namizədlərin də adlarının bülletenlərə artırılması tələbi ilə 14 iyulda keçirilən yürüş zamanı onlarla etirazçı həbs edilib.
Etiraz aksiyasını monitorinq edən OVD-Info qrupunun bildirdiyinə görə, 1000-ə qədər insanın dinc yürüş keçirdiyinə baxmayaraq, 38 nəfər həbs edilib.
Həbs edilənlərdən çoxu Rusiyanın ən məşhur müxalifət lideri Aleksey Navalnının müttəfiqləri və tərəfdarları olub.
Etirazçılar Moskva Meriyasının binası və Seçki Komissiyasının Baş Qərargahı qarşısından keçib.
Etirazçılardan bəziləri rəsmilərin qeyri-qanuni olduğunu dedikləri yürüşü dağıtmağa cəhd göstərən polisə “uniformanızı rüsvay etməyin” deyə hayqırıb.
Müxalifət tərəfdarları seçki rəsmilərinin onları imzaları saxtalaşdıraraq, müstəqil namizədlərin seçkilərə qatılmasını təmin etməkdə günahlandırdığını deyib.
Prezident Vladimir Putinin tənqidçisi və Navalnının tərəfdarı İlya Yaşin yerli seçki komissiyasının iddiasının saxta olduğunu deyib.