Accessibility links

Rusiya müxalifəti Aleksey Navalnının səhhətinin pisləşməsi ilə əlaqədar etirazlara çağırır


Navalnının baş strategi Leonid Volkov (sağda) və onun həmkarı İvan Jdanov
Navalnının baş strategi Leonid Volkov (sağda) və onun həmkarı İvan Jdanov

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnının tərəfdaşları onun pisləşən səhhətinə diqqət çəkmək üçün aprel 21-də etiraz aksiyaları keçirməyi planlaşdırdıqlarını bildirib. Onlar bunun Rusiya müasir tarixində ən böyük küçə etirazları ola biləcəyini deyiblər.

Planlaşdırılmış aksiyalar prezident Vladimir Putinin xalqa illik müraciətini etdiyi günə təsadüf edir.

Navalnının baş strateqi Leonid Volkov etiraz aksiyalarının keçiriləcəyi barədə YouTube kanalında yayım zamanı bildirib.

“Onlar Aleksey Navalnını gözümüzün qarşısında dəhşətli şəkildə öldürürlər”, Volkov deyib.

Arxiv fotosu - Rusiya müxalifət lideri Aleksey Navalnı, Moskvada keçirilən məhkəmə iclasında iştirak edir, 20 fevral 2021.
Arxiv fotosu - Rusiya müxalifət lideri Aleksey Navalnı, Moskvada keçirilən məhkəmə iclasında iştirak edir, 20 fevral 2021.

Həftə sonu Navalnının həkimləri ailəsi tərəfindən müxalifət liderinin vəkillərinə təqdim edilmiş qan təhlillərinin kalium səviyyəsinin “təhlükəli həddə” çatdığını göstərdiyini bildiriblər.

“Bu o deməkdir ki, hər an böyrəklərin funksiyası və ürək ritminin ciddi pozulması kimi problemlər yarana bilər”, Navalnının şəxsi həkimi Anastasiya Vasilyeva və daha üç həkim tərəfindən imzalanmış məktubda deyilir.

“Əgər onlar Navalnını müalicə etməyə başlamasalar, o, bir neçə gün içində ölə bilər” – deyə, həkim Aleksandr Polupan bildirib.

Bu arada, Navalnının qızı, hazırda Stanford Universitetində təhsil alan Daşa Navalnaya Rusiya rəsmilərinə onun həkimə göstərilməsi ilə bağlı müraciət edib.

“Həkimin atamı görməsinə imkan verin”, o, Twitter səhifəsində yazıb.

Həbsxana rəhbərliyi təcili tibbi yardım üçün müraciətlərə bazar günü olan məlumatlara görə hələ cavab verməyib.

44 yaşlı Navalnı ona lazımi tibbi xidmət göstərilmədiyinə etiraz olaraq həbsxanada üçüncü həftədir aclıq edir. Müxalif siyasətçi Moskvanın 100 kilometrliyində yerləşən həbsxanada 2 il yarım həbs müddətini çəkir.

Navalnı sovet dövrü sinir maddəsi zəhərləndikdən sonra yanvarın 17-də müalicə aldığı Almaniyadan Rusiyaya qayıtdığı zaman həbs olunub. O, zəhərlənməsində Kremli günahlandırıb. Rusiya rəsmiləri zəhərlənmə ilə hər hansı bir əlaqənin olduğunu inkar edib və Avropanın bir neçə ölkəsində laboratoriyaların bunu təsdiq etməsinə baxmayaraq, Navalnının zəhərlənməsini hətta sual edib.

O, Almaniyada müalicə aldığı uzun müddətdə fırıldaqçılıq ittihamı ilə şərti cəzanın şərtlərini pozduğuna görə 2 il yarım həbs cəzasına məhkum edilib. Navalnı işin siyasi motivli olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG