Accessibility links

Rusiya məhkəməsi Navalnının tərəfdaşlarını ev həbsinə məhkum edib


Moskva məhkəməsi həbsdə olan müxalifət lideri Aleksey Navalnının qardaşı və bir neçə müttəfiqini iki ay müddətinə ev həbsinə məhkum edib. Rusiya rəsmiləri Kremlin tənqidçisinə qarşı rəftara görə ölkə boyu keçirilən nümayişlərin ikinci həftəsonu da davam etməsinin qarşısını almağa çalışırlar.

Yanvarın 29-da Navalnının tərəfdaşlarına qarşı bu addım Moskva polisinin "qanunla cəzalandırılan icazəsiz" nümayişlərə hazırlıq olaraq paytaxtda hərəkəti məhdudlaşdırmaq və yeddi mərkəzi metro stansiyasını bağlamaq planlarını elan etməsindən sonra atılıb.

Navalnı və onun tərəfdaşları yanvarın 31-də ölkə biyu etirazlar planlaşdırırlar. Bundan əvvəl ötən həftəsonu da onlarla şəhərdə on minlərlə etirazçının iştirakı ilə müxalifər liderinin azadlığına çağırış edən nümayişlər keçirilib. Polis həmin nümayişlərdə 4000-ə yaxın insanı həbs edib.

Moskvada etirazların federal təhülkəsizlik agentliyi FSB-nin qərargahının önündəki Lubyanka Meydanında və prezident administrasiyasının idarələrinin yerləşdiyi Staraya Meydanında keçiriləcəyi planlaşdırılıb.

Yanvarın 29-da Moskva məhkəməsi Alekseyin qardaşı Oleq Navalnını, Navalnının Anti-Korrupsiya Fondunun vəkili Lyubov Sobolu və Navalnının Moskvadakı qərargahının koordinatoru Oleq Stepanovu martin 23-dək ev həbsinə məhkum edib.

Pussy Riot etiraz qrupunun üzvü Mariya Alyoxina və Həkimlər Birliyi həmkarlar ittifaqının başçısı Anastasiya Vaislyeva da iki ay müddətinə ev həbsinə məkum olunub.

Onların hər biri kütləvi etirazlara çağırış etməklə koronavirus pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri pozmaqda ittiham olunaraq saxlanılıblar.

Bundan əlavə İstintaq Komitəsi yanvarın 29-da Navalnının yaxın müttəfiqi Leonid Volkova da qiyabi olaraq yeniyetmələri Navalnının tərəfdarlarının təşkil etdiyi “qanunsuz” mitinqdlərlə iştirak etməyə çağırmaq ittihamı irəli sürülüb.

Putinin ən sərt tənqirçilsi olan Navalnı yanvarın 28-də məhkəmənin onun aprelin 15-ə qədər həbsdə saxlanmaması üçün irəli sürdüyü apellyasiya müraciətini rədd edəndən sonra vebsaytına yerləşdirdiyi məktubda rusları qorxunu kənara qoyub yeni etirazlar təşkil etməyə çağırıb.

"Küçələrə çıxın, heç nədən qorxmayın. Heç kim zülm və korrupsiyanın hökm sürdüyü bir ölkədə yaşamaq istəmir. Çoxluq bizim tərəfimizdədir" deyə Navalnı bildirib.

Navalnı yanvarın 17-də avqustda hərbi-dərəcəli sinir agenti ilə zəhərləndikdən sonra müalicə aldığı Almaniyadan Rusiyaya döndüyü zaman həbs olunub. O, zəhərləməni Putinin sifariş veridiyni iddia etsə də, Kreml bu ittihamı rədd edir.
Rusiya məhkəməsi yanvarın 28-də ona qarşı çıxarılan 30 günlük həbs qətimkan tədbirini qüvvədə saxlayaraq, vəkillərinin onun azadlığa buraxılmasına dair apelylasiya müraciətini rədd edib.

XS
SM
MD
LG