Accessibility links

Rusiya məhkəməsi Pavel Ustinovun azad edilməsinə qərar verdi


Moskva məhkəməsi cümə günü müxalifətin keçirdiyi etiraz aksiyası zamanı bir polis məmuruna xəsarət yetirmə ittihamı ilə həbs edilən Pavel Ustinovun sərbəst buraxılmasına qərar verib.

Rusiyanın 23 yaşlı aktyoru Moskvada keçirilən etiraz yürüşü zamanı bir polis işçisinin çiynini zədələməkdə ittiham edilib. Lakin Pavel Ustinov ittihamı rədd edib.

Üç il yarım həbsə məhkum edilən Ustinov Rusiya paytaxtında azad seçki tələbi ilə keçirilən aksiyalardan heç birində iştirak etmədiyini bildirib.

Məhkəmə Ustinovun gələn həftə apelyasiya şikayətinə baxılanadək onun sərbəst buraxılmasına göstəriş verib.

Ustinov müxalifət namizədlərin Moskvada keçirilən yerli seçkilərdə iştirakına mane olunduqdan sonra bu yay keçirilən bir sıra siyasi etirazlar zamanı həbs edilərək təxminən 3-4 il həbs cəzasına məhkum edilən bir neçə nəfərdən biridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG