Accessibility links

Rusiya hökuməti onlayn tələbə jurnalının dörd redaktorunu cəzalandırıb


Çərşənbə günü Rusiya hökuməti onlayn tələbə jurnalının dörd redaktorunu həbsdə olan müxalifət lideri Aleksey Navalnını dəstəkləyən ümummilli etiraz aksiyalarına dair məqalələri ilə yetkinlik yaşına çatmayanları qanunsuz fəaliyyətə təşviq etməkdə günahlandırıb.

Məhkəmənin qərarı ilə həmin dörd nəfər gələn iki ay ərzində yaşayış yerlərini tərk etməmələri və internetdən istifadə etməməlidir. Onlara eləcə də yaxın ailə üzvləri, vəkilləri və hüquq-mühafizə orqanları işçilərindən başqa kiminləsə ünsiyyət qurmalarına qadağa qoyulub.

Üç il həbs cəzası ilə nəticələnə bilən ittihamlar müstəqil xəbər medialarına təzyiqlərin artması fonunda irəli sürülüb.

DOXA və redaktorları müdafiə edən insan haqları qrupunun bildirdiyinə görə, dindirilmədən əvvəl polis DOXA jurnalının dörd redaktorunun Moskvadakı mənzillərində, redaktorlardan ikisinin valideynlərinin evlərində və jurnalın ofisində yoxlanış aparıb.

DOXA bu addımların jurnalın son on ilin ən böyük nümayişləri arasında ardıcıl iki həftə sonu ölkə daxilində baş verən Navalnının azadlığına çağırışlar haqqında yayımladığı video ilə əlaqəli olduğunu deyir.

Videoda məktəb və universitet tələbələrinin etirazlardan əvvəl qarşılaşdıqları təzyiqlərdən və nümayişlərə qatıldıqları üçün qanunsuz olduğu deyilən qovulma təhdidləri ilə üzləşdiklərindən bəhs edilib.

Rusiya mətbuatı və internet nəzarətçisi Roskomnadzor DOXA-dan videonu silməsini tələb edib. Jurnal bu tələbi yerinə yetirib, lakin bu tələblə bağlı məhkəməyə müraciət edib.

XS
SM
MD
LG