Accessibility links

Rusiya Maqnitoqorsk partlayını İŞİD-in törətdiyini rədd edib


Rusiyanın İstintaq Komitəsi bildirib ki, ötən ay Maqnitoqorsk şəhərində hündürmərtəbəli yaşayış binasının bir hissəsinin uçmasına qaz partlayışının səbəb olması əsas ehtimal olaraq qalır.

Bundan əvvəl partlayışı özünü İslam Dövləti adlandıran ekstremist təşkilat törətdiyini bildirmişdi.

Dekabrın 31-də sözü gedən binanın bir hissəsinin uçması nəticəsində 39 nəfər həlak olub.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko yanvarın 18-də deyib: "Təhqiqatçılar faciənin birinci günündən onun bütün mümkün səbəblərini araşdırırlar. Məişətdə işlədilən qazın sızması əsas versiya olaraq qalır. Nəzərə alın ki, ekspertlər hadisə yerindən götürülmüş nümunələrdə partladıcı maddə və ya onun komponentlərini aşkar etməyiblər”.

Bu bəyanatdan əvvəl ekstremist təşkilatları monitorinq edən internet saytı Maqnitoqorskdakı parlayışı İŞİD-in törətdiyini bəyan etdiyini bildirib.

XS
SM
MD
LG