Accessibility links

Rusiyada meşə yanğınları mərkəzi regionlara yayılıb


Yay ayları boyu Sibirdə iqlim dəyişikliyi ilə əlaqədar qeyri-adi isti hava şəraitindən qaynaqlanan meşə yanğınlarından sonra Rusiyanın mərkəzi bölgələrində çərşənbə günü yenidən meşə yanğınları ilə mübarizə aparılır.

Fövqəladə Hallar Nazirliyi Uralın Sverdlovsk regionunda 15 meşə yanğını ilə mübarizə aparıldığını bildirib.

Nazirlik Avropa və Asiya sərhəddində yerləşən bu regionun istilik dalğası səbəbindən "həddindən artıq böyük yanğın təhlükəsi" ilə üz-üzə qaldığını deyib.

Çərşənbə axşamı sosial mediada yayılan görüntülərdə regionun paytaxtı Yekaterinburqla Uralda Perm şəhəri arasında federal magistral yolun hər iki tərəfindəki alovları görmək olub. Bu, yolun bağlanmasına səbəb olub.

Bu arada, Moskvanın cənub-şərqindəki Mordoviya regionunda yanğınlar o qədər şiddətlənib ki, yanğınsöndürənlər "yanğın halqasından" qaçmağa məcbur olub.

Moskvanın şərqindəki Nijni Novqorod bölgəsindən Mordoviyaya keçən yanğınları söndürmək üçün Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Rusiya Milli Qvardiyası 9 təyyarə ilə 129 ton su töküb.

Nazirlikdən verilən məlumata görə, alovun söndürülməsi üçün 1200 yanğınsöndürən cəlb edilib.

Prezident Vladimir Putin çərşənbə axşamı ölkədə meşələrin qorunması üçün yüz milyonlarla dollar vəd edərək, Sibirin bir hissəsini əhatə edən "görünməmiş" meşə yanğınlarından dərs alınmalı olduğunu deyib.

Ölkənin ən böyük və ən soyuq bölgəsi olan Yakutiyada da Portuqaliya ərazisindən böyük olan ərazidə yanğınlar baş verib.

Fövqəladə Hallar Nazirliyi çərşənbə günü hazırda bölgədə 50 meşə yanğınının qeydə alındığını bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG