Accessibility links

Rusiya Karib dənizi və Meksika körfəzində bombardman təyyarələrinin uçuşlarını artırır


Rusiya Karib dənizi və Meksika körfəzində bombardmançı təyyarələrinin uçuşlarının genişləndiriləcəyini bəyan edib.

Müdafiə naziri Sergey Şoyqu bu gün yeni uçuşlar barədə verdiyi açıqlamasında deyib ki, Atlantik okeanının qərbində və Sakit okeanın şərqində, habelə ABŞ-a yaxın su ərazilərində vəziyyət hərbi mövcudluğun artırılmasını tələb edir.

Bəyanat Rusiyanın Avropa məkanına təyyarə göndərməsinə görə NATO-nun tənqidlərinə məruz qaldığı vaxta təsadüf edir.

NATO Moskvanın Qara, Baltik və Şimal dənizləri üzərində patrul uçuşları həyata keçirdiyini bildirib.

Soyuq müharibə dövründə belə uçuşlar adi hal almışdı. Lakin 2007-ci ildə Rusiya prezidenti Putin onları geri çəkmişdi.

XS
SM
MD
LG