Rusiya Federasiyası və Misir hərbi təyyarələrinin hər iki ölkənin hava məkanı və hava bazalarının istifadə etməyə imkan yaradacaq razılaşma üzərində çalışırlar. Razılaşmanın layihəsi cümə axşamı Rusiya höküməti tərəfindən nəşr edilib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü Qahirəyə səfər edərək, Misirin siyasi və hərbi rəhbərliyi ilə danışıqlar keçirib. Baş nazir Medvedev tərəfindən imzalanan razılaşma ilə bağlı sazişdə deyilir ki, razılaşmanın layihəsi Misir tərəfi ilə birlikdə hazırlanıb.
Sənədlərdə qeyd edilir ki, Rusiya və Misir hərbi təyyarələri beş gün öncədən məlumat vermək şərtilə bir-birinin hava məkanı və aerodromlarından isifadə edə biləcək.
Ehtimal edilir ki, müqavilə beş il müddətinə imzalanacaq və onun müddətinin uzadılması mümkün olacaq.