Accessibility links

Rusiyada Avropanın seçki monitorinqi təşkilatları “qara siyahı"ya salınıb


martın 18-də keçiriləcək prezident seçkisi ərəfəsində Avropanın seçki monitorinqi ilə məşğul olan iki təşkilatını “qara siyahı"ya daxil edib.

Rusiyanın Ədliyyə Nazirliyi martın 13-də Almaniyanın Demokratik Seçkilər üçün Avropa Platforması və Litvanın Beynəlxalq Seçki Araşdırması Mərkəzini “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

Nazirlik bildirib ki, bu addım Rusiya qanunvericiliyinə və baş prokuror müavininin 12 mart tarixli qərarı əsasında atılıb.

Prezident Vladimir Putinin 2015-ci ildə imzaladığı və insan haqları qrupları tərəfindən kəskin tənqid edilən qanun hökumətə xarici və beynəlxalq qrupları “arzulolunmaz təşkilatlar” siyahısına salmaq imkanı verir.

İnsan haqları müdafiəçilərinin fikrincə bu qanundan məqsəd QHT-lərin Rusiyada demokratiyanı təbliğ etməsinin qarşısının alınması və belə təşkilatlarla işləyənlərə qarşı cinayət işlərinin qaldırılmasıdır.

Nazirliyin bu qərarından əvvəl, REN TV kanalında yayınlanmış bir reportajda seçki monitorinqi ilə məşğul olan təşkilatlar “Rusiyada hakimiyyəti gizli şəkildə ələ almaq cəhdində” ittiham etmişdi.

Hazırda Rusiya Ədliyyə Nazirliyinin qara siyahısında Açıq Rusiya, Milli Demokratiya Fondu və Açıq Cəmiyyət Fondu da daxil olmaqla 13 “arzuolunmaz” təşkilat var.

XS
SM
MD
LG