Accessibility links

Putin Nemtsovun qətlinin siyasi motivli olduğunu deyib


Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Boris Nemtsovun qətlinin Rusiya üçün rüsvayçılıq olduğunu deyib və bu qətlin siyasi motivli olduğunu qəbul edib. Cənab Putin ölkənin hüquq-mühafizə orqanlarını siyasi motivli cinayətlər də daxil olmaqla, Rusiynı aağır cinayətlərdən təmizləməyə çağırıb.

"Biz Rusiyanı bu günlərdə üzləşdiyi rüsvayçılıqdan və faciədən təmizləməliyik. Mən şəhərin mərkəzində qətlə yetirilmiş Boris Nemtsovu nəzərdə tuturam" - deyə, o bildirib.

Hökumət rəsmilərinin tənqidçisi kimi tanınan 55 yaşlı Nemtsov Kremlin yaxınlığında arxadan dörd dəfə güllənib.

İnterfaks xəbər agentliyinə istinadən Rusiyanın təhlükəsizlik agentliyinin direktoru bildirib ki, hadisədə şübhəli bilinən şəxs müəyyənləşdirilib.

"Şübhəli hər zaman var" - deyə Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib. O, dəqiq açıqlama verməsədə, instintaqın davam etdiyini deyib.

XS
SM
MD
LG