Accessibility links

Moskva hava yolları sərnişinləri COVİD-19 testlərindən keçəcək


Bazar ertəsi günündən etibarən Rusiyanın ən böyük hava limanında səyahətlər və turizmin bərpasına yönəlmiş pilot layihəsi çərçivəsində bəzi sərnişinlər üçün COVID-19 testləri mümkün olacaq.

Rusiyanın Birbaşa İnvestisiya Fondu (RDIF) və Moskvanın Şeremetyevo hava limanının bildirdiyinə görə, B terminalındakı daxili reyslərin bütün sərnişinləri bazar ertəsindən etibarən bir saat ərzində nəticələr verən diaqnostik testlərdən keçə biləcək.

Rusiyanın Birbaşa İnvestisiya Fondunun bildirdiyinə görə, iki kiçik çamadana yerləşən portativ sınaq sistemi artıq bəzi Rusiya şirkətləri tərəfindən və Rusiyanın iyunun 24-də keçirdiyi Qələbə Günü hərbi paradında istifadə olunub.

"Biz bu testləri Yaponiyada və Moskvada, Sheremetyevo və Birləşmiş Ərəb Əmirliklərinin bir hava limanında sınaqdan keçiririk" - deyə, RDIF rəhbəri Kirill DmitriYev Reuters xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

Rusiya beynəlxalq, ölkə daxilində və xaricindəki reyslərlə uşacaq çox sayda insan üçün məhdudiyyət qoyulacağını hələ təsdiqləməyib. Lakin RDIF ekspress koronavirus testlərinin Şeremetyevo hava limnının D Terminalında daxili və beynəlxalq uçuşlar üçün iyulun 27-dən etibarən ediləcəyini bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG