Accessibility links

Putin-Tramp görüşü üçüncü ölkədə keçiriləcək


Görüşün Trampın Britaniyaya səfərindən sonra baş tutacağı deyilir

Kreml rəsmilərinın açıqladığı məlumatda bildirilib ki, Rusiya prezidenti Vladimir Putinlə Birləşmiş Ştatlar prezidenti Donald Tramp arasında zirvə görüşünün üçüncü ölkədə keçirilməsinə dair razılıq əldə edilib.

Bu açıqlama ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Moskvada prezident Putin və Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə danışıqlar apardığı vaxt verilib.

“Sizin Moskvaya səfəriniz hökumətlərimiz arasında tamhüquqlu münasibətlərin bərqərar olunması yolunda ilk addımlar ata biləcəyimizə ümidlərimizi artırır"- deyə, prezident Putin bildirib.

Görüşün Trampın iyul ayının 11-i və 12-də NATO-nun zirvə toplantısına qatılmasından və iyulun 13-də Britaniyaya səfər etməsindən sonra neytral bir yerdə keçiriləcəyi gözlənilir.

Donald Trampla Vladimir Putin beynəlxalq zirvə toplantılarında artıq iki dəfə görüşüb, telefonla isə bir neçə dəfə söhbət ediblər.

Vaşinqtonla Moskva arasında münasibətlərdə gərginlik Rusiyanın Suriya münaqişəsində rolu və Britaniyada keçmiş rus casusun zəhərlənməsində Moskva ilə bağlı şübhələrlə əlaqədar artıb.

XS
SM
MD
LG