Kommunist Partiyası, həmkarlar ittifaqları və solyönümlü qruplar tərəfindən Moskvada təşkil edilən etiraz mitinqində 10 mindən çox adam iştirak edib. Mitinqin əsas məqsədi hökümətin pensiya islahat planına etiraz etmək olsa da, bir çox protestoçular prezident Vladimit Putinə qarşı narazılıqlarını da ifadə edib.
"Düşünürəm ki, hal-hazırda ölkəmizdə baş verənlər, hökümətin və Putinin etdikləri heç bir şey doğru deyil.'' - deyə, Moskva sakini bildirib.
Putinin rəqibi və anti-korrupsiya fəalı Aleksey Navalnı da Moskvada keçirilən mitinqdə iştirak edib.
"Bu hipotetik soyğunçuluq deyil, hətta korrupsiya belə sayılmaz. Bu açıq-aydın şəkildə minlərlə, miylonlarla rubl pulun oğurlanmasıdır.'' - deyə, Aleksey Navalnı qeyd edib.
Ancaq bir çox insan üçün Putinin hakimiyyəti Sovet İttifaqının dağılması və 1980-ci illərdən başlayaraq Rusiyanın dünyada itirdiyi gücünü yenidən bərpa etməsi deməkdir. Vladimir Putin bazar günü Sankt-Petersburq şəhərində Donanma günü paradında iştirak edib.
"Rusiya donanması ölkənin müdafiə potensialının vəzifələrini müvəffəqiyyətlə yerinə yetirir, beynəlxalq terrorizmlə mübarizədə və strateji bərabərliyi təmin etməkdə böyük rol oynayır.'' - Vladimir Putin
Paradı izləmək üçün Rusiyanın digər ərazilərindən xeyli sayda insan Sankt -Peterburqa gəlib.
"Mən öz gəmi və təyyarələrimizi iş başında görəndə ürəyim qürur və xoşbəxtliklə dolur.''
"Biz sevinirk ki, ordumuz yenidən güclənir. Aviasiyamız bu gün bizi çox təəccübləndirdi.'' - deyə, şəhər sakinləri bildirib.
Putinin əsas rəqibi olan Navalnı korrupsiya ittihamlarına 2018-ci il prezident seçkilərində iştirak edə bilməmişdi. Novalnı bunun siyasi motivli olduğunu bildirib. Müstəqil müşahidəçilərin sözlərinə görə, ölkədəki məhdud siyasi rəqabət mühiti səbəbiylə seçicilərin real seçim imkanları olmayıb.